İraqla İran sərhəd təhlükəsizliyini gücləndirir

19-03-2023, 20:41           
İraqla İran sərhəd təhlükəsizliyini gücləndirir
İraq və İran arasında sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı saziş imzalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə İraqın Baş Nazirlik Ofisi və İranın Ali Milli Təhlükəsizlik Şurasının birgə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, birgə təhlükəsizlik sazişi iki ölkə arasında ümumi sərhədlərin qorunmasında koordinasiyanı ehtiva edir.

Bundan əvvəl İran və İraqın müdafiə nazirləri - briqada generalı Məhəmməd Rza Aştiani və Tabet Məhəmməd Səid əl-Abbasi təhlükəsizlik və sərhədlərlə bağlı danışıqlar aparıblar.

İranlı nazir iki ölkə arasında birliyin qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru