Administrasiyanın sektor müdiri mətbuat xidmətlərini tənbeh etdi - SƏBƏB

27-09-2023, 18:00           
Administrasiyanın sektor müdiri mətbuat xidmətlərini tənbeh etdi - SƏBƏB
"Kommunikasiya siyasəti sektorunda fəaliyyətə başlayanda tələb etdim ki, dövlət qurumlarının nömrələrini mənim qarşıma gətirsinlər. 20 nömrədən 4-ü işləmirdi, 12-si zəngə cavab vermədi. Çağrı mərkəzləri, "qaynar xətt"lərdən ümumiyyətlə danışmayaq... Hər birinə tapşırıq verdik, meyarlar müəyyən etdik - vətəndaşla nəzakət qaydaları, problemin həlli, geridönüş. Bu barədə hesabatı mediaya ötürdük, geniş paylaşıldı. Paylaşılandan sonra ard-arda zənglər gəldi, nazir müavinləri və s. Medianın gücü budur".

Teref.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev deyib.

O, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlimdə qeyd edib ki, medianın ünvanladığı rutin suallara dövlət qurumlarının mətbuat xidmətləri cavab verməlidirlər.

C.Musayevin sözlərinə görə, böhran baş verəndə dövlət qurumları dərhal bir araya gəlir: "Medianı düzgün istiqamətləndirmək üçün dövlət qurumlarının bir hadisə barəsində verdikləri məlumatlar üst-üstə düşməlidir. Əvvəllər bunun əksini görürdük. Dövlət qurumları mütləq çalışmalıdır ki, vətəndaş səhər yuxudan oyananda baş vermiş hadisənin təfsilatlarını sosial mediadan oxuya bilsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.