Torpağı bizə Vətən edənlər .......... SON

24-08-2019, 12:02           
Torpağı bizə Vətən edənlər ..........  SON
Tiqana Cəbrayıl ərazisinin dağ , meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi.
O , eyni zamanda , texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə , yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib - aparırdı.
Tiqana hərdən evlərinə gedir , valideynləri və bacıları ilə görüşürdü. Bacılarının xatırlamasına görə , hər dəfə Samir gələndə Vətən meşələrinin gözəl ətirli gül - çiçəklərindən onlar üçün gətirərmiş. Hətta , döyüş yoldaşları Samirin daha çox gül - çiçək topladığı Günəşlidə olan kiçik bir meşəni " Tiqana meşəsi " adlandırırdılar.
Düşmən tərəfindən işğal olunmuş Cəbrayılın ayrı -ayrı kəndlərin azad olunmasında Tiqananın əvəzsiz xidmətləri var idi.
" Şişqaya Hadruta gedən yolun açarı idi. Ermənilər zəbt etmiş olduqları bu postu saxlamaq üçün var qüvvələri ilə döyüşürdülər. Bu zaman Tiqananın göstərdiyi igidlik nəticəsində bizimkilər uğur qazana bildilər. Cəbrayıl polisləri və özünü müdafiə dəstələri onun gətirdiyi silah - sursat sayəsində erməniləri geri oturda bildilər" ( " Yeni dünya " qəzeti 18 avqust 1996- cı il )
Əsgərlərimizin göstərdiyi əzmkarlığa rəğmən döyüşlər gündən - günə qızışırdı. Düşmən getdikcə daha da quduzlaşır , kəndlərə hücum edərək , camaatı vahimədə saxlayırdılar. Yavaş - yavaş kəndlər boşalır , camaat Arazboyu kəndlərə istiqamət alırdılar. Tiqananın bu gedişə balaca ürəyi dözmür , gedənlərin qarşısını kəsərək , onları kəndlərini qoyub getməməyə səsləyirdi. Lakin , hər şey Azərbaycanın əleyhinə işləyirdi. Böyük qardaşına arxalanan düşmən torpaqlarımızı işğal etməkdə irəliləyirdi...
1993 - cü ilin avqust ayının 15- də Daşbaşıda gedən qanlı döyüş zamanı balaca ürəyində böyük Vətən yaşadan cəsur qəhrəmanın sinəsini düşmən gülləsi parçalayır. Samir Tiqana əbədi olaraq öz yurdunun qeyrət rəmzinə çevrilir.
" Bölük komandiri Əli Məcidov onun haqqında danışarkən gözləri dolur : ən çətin manevrlərdə qorxu hissinin nə olduğunu bilməyən , peşəkar döyüşçülərin belə cəsarət etmədiyi əməliyyatlara hamıdan öndə gedən Tiqananın ölümqabağı dediyi sözlər ürəyimi parçaladı : - " Məni ölməyə qoymayın " ( " İlham çeşməsi" qəzeti 15 may 2013 - cü il)
Lakin , şəhidlər heç zaman ölmürlər. Onlar ölümsüzlük zirvəsinə yüksələrək , sevdiklərinə və onları sevənlərə göylərdən baxaraq gülümsəyirlər.
Bu gün Tiqananın döyüşdüyü o dağlarda , uyuduğu o məzarlıqda düşmən gəzsə də , ən müasir silahlarla silahlanmış Azərbaycan ordusunun düşmən tapdağı altında inləyən Vətən yarasına məlhəm olmağa gücü və qüvvətli çatır. 2016 - cı ilin 4 - günlük Aprel müharibəsi bunu bir daha sübut etdi. Samir Tiqanananın doğma torpağı olan Cəbrayıl yaxınlığında yerləşən Cocuq - Mərcanlıda bu gün insanların məskunlaşması , gündəlik həyatlarının davam etməsi , toy - nişan məclislərinin keçirilməsi Cəbrayılın və digər işğalda olan ərazilərimizin xilasının çox yaxın zamanda olması inamını daha da gücləndirir. 15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamızın və yüzlərlə digər Şəhidlərimizin də ruhu Azərbaycan ordusunun qələbə bayrağını Xankəndinə sancacağı , ləyaqəti ayaqlar altına atılmış qız - gəlinimizin qisasını alacağı gün sakitlik tapacaq. O gün isə uzaqda deyil..
Mehriban Sadiq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.