"Bu villanı hansı pulla tikib, niyə mənim evimin..." - YAP Siyasi Şura üzvündən Prezidentə şikayət

12-09-2019, 07:47           
"Bu villanı hansı pulla tikib, niyə mənim evimin..." - YAP Siyasi Şura üzvündən Prezidentə şikayət
YAP Siyasi Şurasının üzvü, Neft şirkətinin sabiq idarə rəisi Rizvan Vahabov tanınmış şair, professor Vüqar Əhmədi problemlə üzləşdirib.

Bu barədə Vüqar Əhməd sosial şəbəkədəki hesabında məlumat paylaşıb. O, YAP-çının başına belə oyun açdığını yazıb:

"Biz bağda olanda, Neft şirkətinin məşhur işçisi - keçmiş komitə sədri Rizvan Vahabov evinə xüsusi su xətti çəkdirirmiş. Bizim kanalizasiya xətti buna mane olub. Xəttimizi ləğv elətdirib, bloklatdırıb. Bir həftədir, sağ olsun su, idarəsi qazır, fəhlələr tər tökür, bərpa edə bilmirlər. Milyoner Rizvana qonşular deyiblər ki, "burada Vüqar Əhməd qalır, deyib qələt edir, xətti ləğv edin".
Hara gedək bu məmurların əlindən?
Cənab prezidentə müraciət edirəm: Rizvan Vahabov çoxmilyonluq villasını Bakı neftini oğurayıb, satıb tikdirib. Belələrinin əmlakı müsadirə olunmalıdır". Məsələ ilə bağl qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(Mia.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru