DGK-nın ləğvi gündəmdədir - Səfər Mehdiyev üçün son göründü..

21-10-2019, 07:52           
DGK-nın ləğvi gündəmdədir - Səfər Mehdiyev üçün son göründü..
Teref.az-ın əldə etdiyi məlumta görə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Prezidentin çağırdığı son müşavirədə iştirak etməyib.
Mənbənin dediyinə görə bütün əvvəlki iclaslarda iştirak edən DGK sədri, axırıncı iclasda yoix idi və bu əslində məlumatlı adamları təəcübləndirmədi.
Bir tərəfdən ölkənin yaxın gələcəkdəki sosial-iqtisadi inkişafının əsas prioritetləri bir daha aydın şəkildə ifadə edildisə, digər tərəfdən də islahatlarla bağlı qəti siyasi iradənin mövcudluğu da növbəti dəfə vurğulandı. Prezident islahatlarla bağlı danışanda təriflədiyi və tənqidi notlarla toxunduğu sahələr oldu.Əsas vurğular iqtisadi islahatlara toxundu. Və diqqəti çəkən əsas məsələ isə sosial-iqtisadi bloku təmsil edən əsas nazirlər və komitə rəhbərləri müşavirəyə qatılmışdılar ki, onların da arasında Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirilə yanaşı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev nədənsə iştirak etmirdi.

Müşavirədə çox sərt çıxış edən ölkə başçısı vergi və gömrük daxilolmalarındakı artımdan danışaraq, bildirdi ki, Gömrük və vergi orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər.
“Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”, – Prezident qeyd edib. Lakin bundan sonra Prezident əsas etibarilə Vergilər Nazirliyinin fəaliyyətinin üzərində dayandı, bu strukturda aparılan islahatların effektivliyindən danışdı.
Prezident vurğuladı “Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

Ancaq nəzərə almaq lazımdır ki, sözügedən müşavirədə büdcə gəlirlərinin formalaşması və sonradan düzgün xərclənməsi məsələləri əsas müzakirə mövzularından biri, hətta demək olar birincisi idi. Büdcə gəlirlərinin formalaşmasında isə Vergilər Nazirliyindən sonra ikinci böyük paya malik olan qurum məhz DGK-dır. Bu baxımdan Səfər Mehdiyevin həmin müşavirəyə qatılmaması maraq doğurur.
Mənbə qeyd edir ki, artıq siyasi kuluarlarda DGK sədrinin hansısa islahatlar aparacağına ümid kəsildiyindən, yaxın zamanlarda DGK-nın Vergilər Nazirliyi ilə biləşdiriləcəyi həll olunmuş məsələdir.
Gün gündən DGK-dan artan şikayətlər, sahibkarların başına açılan oyunlar və DGK-nın vəzifəli şəxslərinin mediaya sızdırılan göz qamaşdıran sərfəti bu qurumda islahatlar əvəzinə vəziyyətin dahada pisləşdiyinə işarədir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.