IMIŞLİDƏ “PENSİYA KARTLARI” ƏMƏLİYYATI – Niyə tutuldular, nə üçün buraxıldılar?

12-11-2019, 01:39           
IMIŞLİDƏ “PENSİYA KARTLARI” ƏMƏLİYYATI – Niyə tutuldular, nə üçün buraxıldılar?
Teref.az yazır ki, seyfindən ölmüş şəxslərə məxsus külli miqdarda pensiya kartı və yardım kartı çıxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri Əliyev İntiqam Nizam oğlu və onun müavini Atakişiyev Nofəl Çingiz oğlu bəs niyə tutuldu, nə üçün buraxıldı???

Bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri Əliyev İntiqam Nizam oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə vəzifəsindən azad olundu. Lakin bu, sən demə, işin bir tərəfi imiş. İntiqam Əliyevin ətrafında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri daha dəhşətli faktları ortaya qoyub. imzalayıb. Belə ki, daxil olmuş tutarlı məlumatlar və keçirilmiş məxfi əməliyyat-istintaq hərəkətləri nəticəsində əldə edilmiş faktlara görə, 04 noyabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 15 nəfərlik əməliyyat-istintaq qrupu növbəti əməliyyat keçirmişdir. Qeyd ədək ki, DSMF-nin ayrı-ayrı rayon şöbələrində uzun illərdir ki, baş verən korruspsiya halları və onların aşkarlanması sirr deyildir. Ötən 15 ildən bəri DSMF-nin təkcə İmişli rayon şöbəsində rəhbərliyin həbsi ilə nəticələnən iki böyük korrupsiya qalmaqalı baş vermişdir. Bəs əslində nə baş verir?

Şöbə müdiri İntiqam Əliyevin və onun müavini Nofəl Atakişiyevin evindən külli miqdarda ölmüş şəxslərin pensiya kartı və yardım kartı çıxdı…

Beləliklə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində DSMF-nin İmişli rayon şöbəsinin müdüri Əliyev İntiqam Nizam oğlu və onun müavini Atakişiyev Nofəl Çingiz oğlundan neçə illər bundan öncə dünyasını dəyişmiş şəxslərin ümümi sayı 117-dən çox pensiya kartı ələ keçmişdir. Bundan başqa, onlardan həm də aztəminatlı ailələr üçün nəzərdə tutulan birdəfəlik dövlət sosial yardımı verilməsi üçün 150-dən çox kart da müsadirə edilmişdir…

Bəs saxlanılanlar- Əliyev İntiqam Nizam oğlu və onun müavini Atakişiyev Nofəl Çingiz oğlu necə və niyə sərbəst buraxılıblar?

Onu da deyək ki, bu əməliyyat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi əməkdaşlarının gözü qarşısında və iştirakçılığı ilə baş vermişdir.Amma indi şöbənin bütün işçiləri şokdadır. Şünki əməliyyatçıların inzibatı binanın kompüter və digər avadanlıqlarını müsadirə etməsi və özləri ilə Bakı şəhərinə aparmasından sonra cinayət törətməkdə şübhəli bilinən İntiqam Əliyev və Nofəl Atakişiyev bir neçə saatdan sonra sərbəst buraxılmışlar. Xalqın gözü qarşısına baş verən bu hadisə ciddi narahatlıq doğurur və hamı düşünür ki, cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı amansız mübarizə aparılacağı barədə verdiyi bəyanat və çağrışdan narahat olmayan maraqlı qüvvələr və “sehirli əl” fəaliyyətə keçmişdir. Bu isə ən azı Prezidentin nazir Sahil Babayevə etdiyi etimadla uzlaşmır və ciddi naratlıq doğurur…

Onu da qeyd etmək yerinə düşər ki, İntiqam Əliyevdən canı boğazına yığılmış bir qrup əməkdaşın, eləcə də bu şöbədə korrupsiyanın subyekti olmuş şəxslərin mətbuata müraciətləri var. Əməkdaşlarımızı rayona ezam olunmağa dəvət edən şikayətçilər və narazılar Prezident İlham Əliyevə ünvanlı geniş videomüraciət etmək istəyirlər…

Bəs İntiqam Əliyevin azad edilməsində “sehrli əl” olan Kamil Atakişiyev kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi əməkdaşlarının verdiyi məlumata görə isə, şöbə müdüri İntiqam Əliyevin və Nofəl Atakişiyevin maskalı əməliyyatçılar tərəfindən saxlanılıb sonradan azad buraxılmasında yüksək rütbəli (Polkovnik) Kamil Atakişiyev adlı vəzifəli şəxsin telefon zənginin rol oynaması əsas gətirilir. Kamil Atakişiyev uzun müddətdir ki, hələlik vəzifəsini qeyd etmədiyimiz məsul sahədə isləyir, onun yüksək imtiyazlara və s. malik olduğunu bütün İmişli sakinləri bilirlər. Bundan başqa, bütün yaxın qohum- əqrəbası müxtəlif rayonlarda və Bakı şəhərində dövlət idarələrində rəhbər vəzifərlərdə çalışırlar. Lakin onların heç biri test qaydasında dövlət imtahan komissiyasından keçmədən təhsil almış və Fitrologiya, San-Marino, Azərbaycan Beynəlxalq Üniversiteti, keçmiş Naxçıvan Üniversiteti və Odlar Yurdu Universitetlərində guya təhsil alıb diploma yiyələnmişlər (Bu qohum-yaxınların siyahısı təqdim edilir).

Daha geniş yazı çapa hazırlanır və bizi izləyin.

Zəruri qeyd: bəzi sayt rəhbərlərindən xahiş edirik, bu yazıdan başqa məqsədlər üçün, eləcə də mənbəyə istinad etmədən yayımlamasınlar.

-Bəs mərkəzin sabiq direktoru Xəlilov Nazim Əfsər oğlu, baş mühasib Qarayev Fuad Səhliyalı oğlu, mərkəzin əməkdaşı Xəmmədov Nizami Əlimusa oğlu və rayon sakini Əliyev Ramil Ramiz oğlu neçə il əvvəl niyə həbs edilmişdilər?

-Bu şəxslər indi haradadırlar və nə işlə məşğuldurlar?(tezadlar.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.