Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA

6-12-2019, 12:49           
Ucarda baş verən yeyinti araşdırılarsa... - İDDİA
Aktualinfo.org-un ötən həftə Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhəri Ərazi İcra Nümayəndəliyinin elan etdiyi tenderlərdə şübhəli məqamların olduğu barədə yaydığı məqaləyə hələlik heç bir dövlət orqanı münasibət bildirməyib. Ucar rayon prokurorluğu redaksiyanın elektron poçtuna göndərdiyi cavab məktubunda müraciətin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması İdarəsinə göndərildiyini bildirmişdir. Sözügedən məsələ ilə bağlı redaksiya elektron poçtu vasitəsi ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin də diqqətinə çatdırılmışdı. Biz bir mətbuat orqanı olaraq Baş prokuror Zakir Qaralovdan da Ucardakı müəmmalı tenderlərin ciddi şəkildə araşdırılmasına göstəriş verməsini xahiş edirik. Eyni zamanda redaksiya sözügedən müəmmalı tenderlərin araşdırılması üçün Hesablama Palatasına da müraciət etmişdi. Lakin hələlik heç bir qurumdan bir rəsmi cavab gəlmədiyindən redaksiya sözügedən müəmmalı tender oyunlarını bir daha geniş ictimaiyyətin diqqətinə çatdırmaqla qanuni həllini tapmağa çalışacaq. Sözügedən müəmmalı tenderlərlə bağlı Respublika Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da müracıət edəcək və dövlət vəsatinin müəmmalı tenderlər yolu ilə taladılmasının qarşısının alınması üçün aidiyyəti qurumlara göstərişlər vermələrini xahiş edəcik.

Ucar rayon İcra Hakimiyyətinə gəlincə. Zənnimizcə burada,bu müəmmalı tenderlərin başında, məhz rayon İcra Hakimiyyətinin başçısı Məmsur Məmmədov dayanır. Uzun illərdir müxtəlif rayonlarda İcra Hakimiyyəti orqanlarına rəhbərlik etmiş Mənsur Məmmədovun Ucarda nə kimi işlər çevirməsi barədə ötən yazıda qeyd etdiyimiz kimi,dövrü mətbuatda çox yazılıb. Rayonda bir çox idarə və müəssisələrdə öz qohumunu yerləşdirmiş İcra başçısı Ucar şəhər Ərazi Nümayəndəsi Abdulla İbrahimovla olan bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitinin talanması dayanır. Odur ki, Ucarda bu talançılığın qarşısının alınması məqsədi ilə aidiyyatı orqanlar tərəfindən təcili yoxlanılmalara başlanılmalıdır. Ucardakı müəmmalı tenderlərlə bağlı məlumatları səlahiyyətli qurumların diqqətinə bir daha çatdırırıq.

Qeyd edək ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər üzrə Ərazi İcra Nümayəndəliyi tərəfindən elan olunmuş, 20 11 2019- cu ildə keçirilmiş tenderin qalibi olan fiziki şəxs Qasımov Zakir Məhəmməd oğludur. Sözügedən şəxs icra Nümayəndəliyinin elan etdiyi əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 10421 AZN, əlavə vəsait hesabına 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 12 668 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə inventar və mal-materialların alınması üzrə elan olunmuş tenderdə 36 487 AZN, 2019-cu ildə respublikanın şəhər və regionlarında sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması üzrə elan olunmuş tenderdə 44406 AZN dövlət sifarişı alıb.

Fiziki şəxs olan Qasımov Zakirin qalibi olduğu tenderlərin özü çox maraqlı tenderdir. Sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə yumşaq inventarların alınması. Bu ehtiyacı olanlar kimlərdir? Məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər hansılardır? İctimai işlərə cəlb edilmişlərə yumşaq inventarlar nə məqsədlə alınır kimi suallar çıxır ortaya . Elə Qasımov Zakirin özünün də kimliyi sual doğurur. Ust-üstə 100000 manatlıq tenderin qalibi olan bu şəxsin bu pullara həqiqətən də mal material, inventarlar alması və kimlərəsə verməsi də sual doğurur.

Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhəri üzrə Ərazi Nümayəndəliyi tərəfindən elan olunmuş digər tendrləri isə “Talıb R” MMC qazanıb. Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə cari təmir işlərin satınalması 5887 AZN Ucar şəhəri 2 saylı körpələr evi uşaq bağçasında təmir işləri 16695 AZN,Yumşaq inventarların alınması üçün 5140 ,Bərk inventarların alınmasına 6540 AZN Sual yaranır, yunşaq və bərk inventarların alınması üzrə tenderlərdə qalib gələn MMC körpələr evi, uşaq bağçasını necə təmir edə bilər? Ucar şəhər icra nümayəndəliyi şəhərdə görüləcək abadləıq işlərinin satınalması barədə elan etdiyi tenderin qalıbi Tunay -ZA MMC 166427.27 tenderin qalibi olub kimə məxsusdur o da maraqlıdır.

Bu elan olunmuş tenderlərin qalib çıxmış şirkətlərin ən maraqlısı isə “İnpeksN”MMC-dir. Bu şirkət Ucar şəhər İcra Nümayəndəliyinin şəhərdaxili yolların əsaslı təmiri üçün elan etdiyi tenderin qalibi olub. Dövlət sifarişinin qiyməti nə az,nə də çox düz 342594.45 AZN-dir Qeyd edək ki, “İnpeksN” MMC bir neçə ay öncə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi yumşaq mebellərin və inventarların alınması məqsədi ilə elan etdiyi 227000 manatlıq tenderin də qalibi olub. Maraqlı sual çıxır ortaya. Yumşaq mebellərin alışını həyata keçirən bir MMC Ucar kimi bir şəhərin daxılı yollarının əsaslı təmirini necə apara bilər? Yol çəkilişi axı mebel alveri deyil. Burada xüsusi texnikalardan istifadə etməklə yol çəkilişi mütəxəsisilərinin çalışması vacib deyilmi? Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.08 2013 cu ildə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi Ramazanov İntiqam Adil Oğlu olan “İnpeksN” MMC nin nizamnamə kapitalı 10 manatdır. “İnpeksN” MMC 2018 ci ildə də bir neçə tenderin qalibi olub. Nizamnamə kapitalı 10 manat olan bir MMC il ərzində bizim bildiyimiz bir neçə tenderin qalibi olaraq az qala yarın milyondan çox dövlət sifarişi əldə edib. Ramazanov İntiqam burada formal bir şəxsdir. Əslində kimə məxsusdur bu MMC? Əli hər yerə çatan istənilən adda tenderlərin qalibi olan bu MMC hansı vəzifəlinin qohumudur ki, bu qədər dövlət sifarişləri ala bilir?

Bizi izləyin.
Aktualinfo.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.