Kəmaləddin Heydərovun bacanağının şirkəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən 2010 -cu ildən bəri 1 milyonluq tender udub-- İDDİA

10-12-2019, 00:39           
Kəmaləddin Heydərovun bacanağının şirkəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən 2010 -cu ildən bəri 1 milyonluq tender udub-- İDDİA
Teref.az yazır ki, müstəqil araşdırmçı jurnalist Cavanşır Həsənli yazr:
Fövqəladə Hallar Nazirlyi nazirliyin aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin "qalibi"ni bu gün elan edib.
Qalib şirkət elə Kəmaləddin Heydərovun öz şirkəti - CBS-PP MMC-dir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat bazasında bu şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin isə Kəmaləddin Heydərovun bacanağı - HİKMƏT İSMAYILOV ƏBUZƏR OĞLU olduğu qeyd edilib. Şirkət 2010-cu ildən indiyədək (sonuncu tender istisna olmaqla) əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 1 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub.

Teref.az olaraq yuxarıda qaldırılmış iddia ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.