İbrahim Mustafayev SINAQ QARŞISINDA... - İDDİA

10-12-2019, 12:40           
İbrahim Mustafayev SINAQ QARŞISINDA... - İDDİA
Keçən ilin avqustunda Gədəbəyə başçı göndərilən İbrahim Mustafayev deyəsən, görəvində çox qala bilməyəcək. Bu barədə DİA.AZ-a rayondakı mənbələr informasiya verib. Mənbə iddia edir ki, bu ilin dekabr ayının 23-də keçirilməsi gözlənilən bələdiyyə seçkiləri əslində, başçı üçün bir sınaq rolunu da oynamış olacaq.

Mənbənin dia.az-a söylədikləri: "İbrahim Mustafayev bu seçkilərdən necə çıxacaqsa, aqibəti də elə olacaq. Məlumdur ki, Gədəbəydə yetərincə narazılıqlar var. Əvvəlki başçınn dönəmindən kifayət qədər problemlər qalıb.

Elə İbrahim Mustafayevin özü də "süddən çıxmış ağ qaşıq" deyil... O da ilk günündən ancaq narazılıq yaratmaqla məşğuldur. Bütün bunlar isə "yuxarıların" son olaraq diqtə etdiyi, sərgilədiyi yeni siyasətlə daban-dabana ziddir. Belə olan təqdirdə İbrahim Mustafayev yaxşı-yaxşı düşünmək zorundadır".

Mənbə iddia edir ki, məhz bu baxımdan gözlənilən bələdiyyə seçkilərinin yaradacağı ajitoaj da başçının taleyini həll etmiş olacaq: "Cənab Prezident son təyinatlar zamanı yeni icra başçılarına xüsusi olaraq vurğuladı ki, əgər əyri yollara düşərlərsə, cəzaları sərt olacaq. Bu ifadələrin arxasında hansı mətləbin dayandığlnı yəqin ki, İbrahim Mustafayev də bilməmiş deyil. Yəni, onun öz postunda təzə olması heç də o demək deyil ki, İbrahim müəllim toxunulmazdır və onun hansısa işləklərinə göz yumulacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.