"İÇƏRİŞƏHƏR" Muzey Mərkəzi foto-sərginin təşkili üçün "SİNTRA-L" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə 93810 AZN pul ödəyəcək.

30-06-2020, 20:36           
"İÇƏRİŞƏHƏR" Muzey Mərkəzi foto-sərginin təşkili üçün "SİNTRA-L" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə 93810 AZN pul ödəyəcək.
Teref.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazır ki, "İÇƏRİŞƏHƏR" Muzey Mərkəzi XIX əsr rus fotoqrafı Yermakovun şəxsi kolleksiyasından ibarət foto-sərginin təşkili üçün "SİNTRA-L" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə 93810 AZN pul ödəyəcək.
Rusiyaya qılıq niyyəti bir yana, tenderə ayrılan vəsait kifayət qədər fantastik rəqəmdir.
Üstəlik bu həmin şirkətdir ki, mövcud vəziyyətlə əlaqədər bu ilin martında Novruz şənliklərinin ləğv olunmasına baxmayaraq, onun "keçirilməsi" üçün "İÇƏRİŞƏHƏR" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 26 314 manat pul alıb.
Hələ 10 il əvvəl də Niderland səfirliyinin maliyyə dəstəyilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yermakovun 100-də artıq fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdi və sərgidə nümayiş olunan əsərlər muzeyə hədiyyə olunmuşdu.
İndi təkrar sərgiyə niyə bu qədər vəsait ayrılsın ki? Vəsait silmək üçün "ideyalar" da tükənib!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.