Göycay kollec direktorundan novbəti biabirciliq

1-07-2020, 11:32           
Göycay kollec direktorundan novbəti biabirciliq
Teref.az yazır ki, Göyçaydan saytımızın poçtuna Şükran bəy şikayət məktubunda yazılır, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov barama tədarükündə üzərinə götürdüyü öhdəliyə əməl edə bilmədiyinə görə çətin duruma düşüb.Belə ki rayon rəhbərliyinə xoş gəlmək üçün 200 qr baramanın yetişdirilməsi üçün yer və yem tədarükünü üzərinə götürən kollec direktoru qısa müddət sonra düzgün qulluq aparılmaması nəticəsində az qala bütün məhsulun tələf olmasına görə gərgin anlar yaşayır.
Daha sonra şikayətçi Şükran bəy yazır, artıq bu məhsulun qara bazardan alınmasına və həmən normativin bərpa olunması üçün direktor unikal yol seçib.Çixış yolu olaraq kollecin kollektivindən müvafiq olaraq hər bir şəxsdən 50m olmaq şərti ilə pul yığılması tapşırığın verib.Bu məsələni həll etmək direktor müavini Şahin Əliyevə tapşırılıb.Müəllimin aldığı maaş hesabına problemini həll etməyə çalışan direktor, işçilərin şəxsi problemləri yarananda bir dəfə də olsun onlara lazım köməyi göstərməyib.Hansı ki keçmiş direktor işçilərin bütün xeyir və şərində yaxından iştirak edib, onlara istənilən köməkliyi göstərirdi.Artıq direktorun yeni əməlləri kollektivdə böyük narazılığa səbəb olub.Belə ki hətta bəziləri direktorun bu cür qanunsuz göstərişlərinə görə təhsil nazirinə müraciət ünvanlamağa hazırlaşır.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
Teref.az olaraq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov məqalədə gedən fikirlərə öz mövqeyini göndərib. İdrak müəllim yazır:
Salam hörmətli Hürəddin müəllim!
Yazılan məlumatlar həqiqətə uyğun deyil.
Kollecin bir çox müəllim və tələbələri əlavə gəlir əldə etmək üçün barama qurdu götürüb saxarladıqları haqqında məlumatım var və toxumların xəstə olması faktıda vardır. Qeyd edim ki, bu işin Koleecə heç bir aidiyyəti yoxdur və bu hər kəsin öz işidir.
İnsanların əlavə gəlir əldə etməsində nə pis iş vardır. bu həmdə dövlətin və rayonun iktisadiyyətinə köməkdir.

Hörmətlə İrşad Abbasov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.