Lerikin deputatının 200 minlik lüks avtomobili — FOTOLAR

3-07-2020, 00:00           
Lerikin deputatının 200 minlik lüks avtomobili — FOTOLAR
Milli Məclisin deputatı, "Relax" İstirahət və Turizm Mərkəzinin sahibi İqbal Məmmədovun bahalı avtomobilinin görüntüləri ortaya çıxıb. Bununla bağlı Lerik sakinləri Demokrat.az-a məlumat veriblər. Sakinlər bildirib ki, İqbal Məmmədov Lerikin deputatı olsa da, ancaq üzünü görmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, İqbal Məmmədov Lerikdəki istirahət mərkəzinə gəlib-gedərkən "10-AA-715" dövlət nömrə nişanlı lüks avtomobilindən istifadə edir. Sakinlər deyir ki, son model "Mercedes-Benz S-Class" markalı həmin avtomobilin bazar qiyməti 150-200 min dollar təşkil edir.

Həmin avtomobilin görüntüsünü təqdim edirik:


Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsindən deputat olan İqbal Məmmədov ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə gündəmə gəlmişdi. Həmin vaxtı İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları vergi əməkdaşlarına qarşı zort tətbiq etmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.