Məşhur professor yalançı hesabatlara etiraz etdi : "Bizdə sovetdən qalma bir kompleks var: “Ayıbdır, adam pul söhbəti etməz.”

4-07-2020, 09:20           
Məşhur professor yalançı hesabatlara etiraz etdi :
Bizdə sovetdən qalma bir kompleks var: “Ayıbdır, adam pul söhbəti etməz.” Bu gün mən utanmadan pul söhbəti edəcəm. Əvvəlcə qeyd edim ki, maşallah, heç nəyə ehtiyacım yoxdur. Amma bu söhbəti etməliyəm.
Qulaqlarda cingildəyən böyük-böyük qərarlar qəbul edilir. “Şad xəbər”, “Sevindirici xəbər” adı altında saytlarda yayılır. Əməli işə gələndə, görürsən ki, bu “sevinc” ancaq kağız üzərində imiş.
1) Saat hesabı dərslərin hesablanması ilə bağlı son qərar.(Birinci şərhə baxın) Milləti niyə çaşdırırsız? Siz axı bu pulu heç kimə vermirsiz. Saat hesablarını dosentlər üçün 4 manatdan hesablayırsız. Professoru bilmirəm. Onu dəqiqləşdirməliyəm.
2) Ali Attestasiya Komissiyası üçün hay-küylü bir qərar verdiniz. (İkincə şərhə baxın) Sonra yəqin “alimləri bu bu qədər pul xarab edər” – deyə filirləşdiniz. Ekspert çox pul alsa, rəy yazdığı işdən pul almayacaq, obyektiv olacaq. Onda nə olacaq? Universitetlər, akademiya saxta və yaltaq alimlərlə dolmayacaq. Siz nə etdiniz?
İl yarım işlətdiyiniz ekspertlərin əksəriyyətinə 20 və ya 48 manat maaş verdiniz.
3) Vergi məsələsi. Səhv etmirəmsə, aylıq 2000 manatdan aşağı maaşlar üçün vergi 14 faizdir. Bəs nə üçün dərs saatlarından 30 faiz, ekspert saatlarından 40 faiz vergi tutursuz. Alimi, ziyalını bu qədər əzməkdən utanmırsız?
Əgər Siz utanmırsınızsa, mən nədən utanmalıyam?

Şərh 1. Qərara əsasən, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələrə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 10,30 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,80 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 5,30 manat olub.
Şərh 2.
http://www.e-qanun.az/framework/43630?fbclid=IwAR1tB9uNlGpsBFTnO33ZrM6ItOXFFxLQdk9bwsEmFUqaYOpuuWn1QD7
Aidiyyatlı qurumlardan mövqelərini gözləyirik!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.