Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun idarə rəisi Hacıqulu Sadıqovunda Çexiyada milyonluq mülkləri aşkarlandı - SƏNƏDLƏR

5-07-2020, 09:02           
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun idarə rəisi Hacıqulu Sadıqovunda Çexiyada  milyonluq mülkləri aşkarlandı - SƏNƏDLƏR
Teref.az-ın verdiyi xəbərə görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdırmasında yazır:
"Deməli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi.
Amma deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunanda hardansa, necəsə (neçəyəsə demirəm) bu nadürüstü gətirib Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edib."
Teref.az yazır ki, Cavanşir Həsənli araşdırmasının davamında yazır:
"Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni "torpaq həsrəti" "Qaçqınkom" məmurunu Praqaya qədər aparıb çıxarıb.
Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır.
Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib."
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.