Nazir onun qara qaşına, qara gözünə aşiq olub? - SAHİL BABAYEVİN BEHBUDOV MÜƏMMASI...

7-08-2020, 11:39           
Nazir onun qara qaşına, qara gözünə aşiq olub? - SAHİL BABAYEVİN BEHBUDOV MÜƏMMASI...
"Mətbuatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yeni yaradılan Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin idarə heyətinin sədri postuna nazirin əmri ilə Vüqar Behbudovun təyin edildiyi haqqında məlumat yer alıb". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Vüqar Behbudov buna kimi ƏƏSMN yanında DSMF-in sosial xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışıb və imici olduqca mənfidir. Belə ki, adı daha çox mənzil korrupsiyasında hallandırılan bu məmurun hətta ali dövlət hakimiyyəti orqanlarının tapşırığına da əməl etməməsi faktları mətbuatda dərc olunan xəbərlərdən məlumdur. Bu günlərdə Qarabağ qazisi Rəhman Əzizzadənin 1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya mənzil probleminin həlli ilə müraciətinə cavab olaraq əlil vətəndaş DSMF-də Vüqar Behbudovun qəbulunda olsa da, ali məmurun tapşırığına əməl edilməyib.

Təkcə bu faktın özü Vüqar Behbudovun vəzifəsindən sui-istifadə etməsinin göstəricisidir. Lakin ƏƏSM naziri Sahil Babayev onu yeni yaradılan agentliyə rəis təyin edib. 1-ci vitse-prezidentin tapşırığına əməl etməyən məmurun cəzalandırılmaq əvəzinə rəis təyin edilməsi nədən xəbər verir? Yaxud Vüqar Behbudovun hansı əməli nazir Sahil Babayevə xoş gəlir ki, dövlət başçılarının tapşırığına əməl etməyən şəxsi daha yüksək vəzifəyə təyin edib?"

Dia.az xatırladır ki, həqiqətən də son günlər barəsində ən çox şikayət edilən məmurlarda biri - gənc olmasına baxmayaraq məhz Vüqar Behbudovdur. Görünür, bu amilin özü belə Sahil Babayevi Behbudovla bağlı planlarından yayındıra bilmədi və onu yüksək bir görəvə gətirdi. Deməli, məsələ heç də XALQA XİDMƏT yox, hansısa çevrəyə bağlılıq faktoru ilə ölçülürmüş...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.