ELDAR HƏSƏNOVUN TÜRKİYƏDƏKİ ŞƏBƏKƏLİ BİZNESİ - SİYAHI- SƏNƏDLƏR

15-08-2020, 10:37           
ELDAR HƏSƏNOVUN TÜRKİYƏDƏKİ ŞƏBƏKƏLİ BİZNESİ - SİYAHI- SƏNƏDLƏR
Bu gün DTX tərəfindən saxlanılan və həbs edilən keçmiş baş prokuror, Azərbaycanın üç Balkan ölkəsində sabiq səfiri Eldar Həsənovun böyük biznes şəbəkəsinə malik olduğu üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, sabiq səfirin biznesi barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb.
Babalı yazır ki, Eldar Həsənovun oğlu Anar Həsənovun yaxın qohumları ilə birgə işlətdiyi restoran biznesindən 2019-cu ilin mayında rəsmi olaraq çəkildiyini feysbukda yazıb. Amma bu, onun bu ölkədəki biznes fəaliyyətinin hamısı deyil.
O qeyd edir ki, sabiq səfirin oğlu Anar Həsənovun gəlini Səbinə Hüseynova ilə birgə idarə etdiyi bir çox şirkətlər var. "Onlardan biri 2006-cı ildə qurulan, 3 milyon 650 mon lirə kapıtalı olan “Niyet İnşaat ve Dış Ticaret Limited” şirkətidir. Qeydiyyat ünvanı Yeni Bosna, Merkez Mahalle, Kuyumçular sokak, Vizyonpark, 4/0512 Bahçelievlerdir".
Həsənova məxsus ikinci şirkət 2009-cu ildə qurulan “Nero Gayrimankul Yatırım ve Turizm A.Ş”dir. Onun qeydiyyat ünvanı isə Yeni Bosna, Merkez Mahalle, Kuyumçular sokak, Vizyonpark, C2 Blok5/157-dir. Şirkətin kapitalı 8,9 milyon lirə təşkil edir. "Üçüncü şirkət isə 2007-ci ildə yaradılan və 2018-ci ildə ləğv olunan “İnfoline Rehberlik ve Çağrı Merkezi Hizmetleri A.Ş.”dir. Qeydiyyat ünvanı Kirazlı köyü, Evren Mahalle, Koçman Caddesi, Ziyal Plaza A Blok B1 ünvanda yerləşir. Kapitalı 7 725 650 lirədir".
Eldar Həsənovun 4-cü şirkəti 2017-ci ildə yaradılan və bir il sonra ləğv edilən “İnfoline Teknoloji ve Bilişim A.Ş” şirkətidir ki, 50 min lirə kapitalı olan bu qurum 15 Temmuz Mahallesi, Koçman Caddesi, 54/1/B1 ünvanında qərarlaşıb. "Həmin şirkətlərdən daha biri 2014-cü ildə yaradılan və kapitalı 50 min lirə olan “Misaif Yönetim Danışmanlığı ve İş Geliştirme A.Ş”dir. Kuyumçular sokak, Kuyumçukent V.Park Site C Atölye, 4/052 – Yenibosna ünvanında qeydiyyatdadır".
Hafiz Babalı bildirir ki, 2009-cu ildə Yunus Karabal və İsa Məmmədovla ortaqlıq olaraq yaradılan, 2013-cü ildə ləğv olunan “Hobport İnşaat Turizm ve Dış Ticaret Limited Şirketi” də Həsənovlara məxsusdur. 200 min lirə kapitalı olan şirkət M. Gürani Mahallesi, Sehit P.M.Nedim sokak, Evirgenler İşhanı, 5-Fatih ünvanında qeydiyyatdan keçib.
Araşdırmaçı jurnalist qeyd edir ki, bunlar yanlız Türkiyədə, İstanbulda olan şirkətlərdir. "Ehtimal etmək olar ki, mülk və şirkətlər bu ölkənin başqa bölgələrində də var".
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.