Bakı Elektroniks-də Azərbaycan qanunları işləmir - Müştəri şikayəti/FOTO

25-09-2020, 00:12           
Bakı Elektroniks-də Azərbaycan qanunları işləmir -
Salam. Baku Elektroniksdən çox şikayətlər eşitmişdim. Hətta mağazada telefonu qaytarmaq istəyən gənc qızın gözümün qabağında əsəbdən bayıldığını da görmüşdüm.
İndi öz başıma oyun açıblar. 15 avqustda nəqd ödəmə ilə Bosh markalı qaz plitəsi aldım.Plitənin üstündə ləkələr qalır.
Hətta su ləkəsi belə siləndə getmir.22 avqustda şikayətimi bildirib ərizə yazdım.
Teref.az xəbər verir ki, bunu öz şikayətində sosial şəbəkə istifadəçisi Dilare Jabiyeva yazır. Daha sonra Dilarə xanım yazır:

Dedilər servisdən usta xüsusi maddə gətirib qadakı ləkələri siləcək.Usta gəldi,amma dedikləri maddəni gətirmədi.Dedikləri təmizləyici vasitənin qiyməti 28-39 manat aralığındadır.
Mən onu almağı imtina etdim,qazın qaytarılmasını tələb etdim.Onlar isə qaytardığım təqdirdə ümumi pulun(949 man.)25 %_nin tutulacağını söylədilər. Bu da 237 man.edir. Material pisdirsə,mən niyə 237 man. xərcə düşməliyəm? Mən alanda mənə deyilməmişdi ki, bu bahalı yuyucu vasitə ilə təmizlənir. Xahiş edirəm,mənə yol göstərin. 25% tutulma hansı qanunda göstərilib?
Teref.az qeyd edir ki, müştəri AR İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən aldğı malı qaytarmaq hüququna belə malikdir. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.