Stolüstü oyunların “kral”ı; və yaxud “komunxoz”a uzanan çirkli əl: Arzu Bəndəliyev oturduğu qoltuğu da oyun masasına çevirib…

25-10-2020, 17:15           
Stolüstü oyunların “kral”ı; və yaxud “komunxoz”a uzanan çirkli əl:
Qarabağ geri alınandan sonra korrupsiya ilə mübarizə daha da vüsət alacaq

Rəşadətli Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələr düşmən tapdağı altında olan torpaqlaqrımızın tezliklə azad olunacağı günün uzaqda olmadığını göstərir. Xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin zəfər xəbərləri ilə dolu müşdələrini sevinclə qarşılayır.

Amma hələ ki, qızğın döyüşlər davam edir, Vətənin geri qaytardığımız hər qarışı şəhidlərin qanı, qurbanlar hesabına başa gəlir. Döyüş meydanında məğlub olan düşmən acdizlikdən təmas xəttindən uzaq olan rayonlarımıza da raket zərbələri endirir, dinc əhali arasında ölən və yaralananların sayı artır.

Erməni artilleriyasının mərmiləri Beyləqana da düşür. Amma Beyləqanda bütün bu baş verənləri vecinə almadan öz qanunsuz işdəycələrini davam etdirən bir korrupsioner var. Söhbət Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyevdən gedir.

O Arzu Bəndəliyev ki, oturub durur deyir ki, işləmək çətindir, qazanc yoxdur, hara nə xərcləyirsə cibindən xərcləyir. Ancaq taa bilmir ki, elin gözü tərəzidir. Heç kim çörəyi qulağının dalına da aparımır. İndi elə zamanədir ki, hər kəs, kimin nə yediyini, nə içdiyini və yaxud da hardan nə qazandığını, nə xərclədiyini, əlini hansı yollarla kimlərin cibinə salıb çıxardığını da yaxşı görür. İndi o zamanə deyil ki, kora güzgü verib, keçələ də darağ uzadasan.

Hə, yeri düşmüşkən onu da qeyd edək ki, Arzu Bəndəliyev elə də geniş imkanlara malik olmayıb. İşi, gücü vadazborların başında ya balığ tutmaq imiş, ya da çayxanalarda domino və yaxud stolüstü digər oyunlar oynamaqdan ibarət imiş. Deyilənlərə görə, bəxti də yeyin imiş. Stolüstü oyunlarda əli hər zaman“üç tuz” gətirirmiş.

Gəlin, ilk öncə Arzu Bəndəliyevin barəsində hələ 2016-cı ildə bir sıra KİV-də dərc edilmiş yazılara nəzər salaq. Və daha sonra yeni sətirə imza ataq.

RealMedia.az –ın bu xüsusda həmin media üzərində, həmdə ki, özünün əldə etdiyi məlumatlarda qeyd oounur ki, Arzu Bəndəliyev bir vaxtlar Beyləqan rayon icra hakimiyyəti başçısının müavini və sosial-iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsinin müdiri işləmiş Məhəmməd Qələndərovun köməkliyi ilə MMC yaradaraq, məhz elə M. Qələndərovun dəstəyi ilə də rayonun abadlıq, quruculuq işlərində elan olunan tenderləri udaraq rayonun abadlığında yaxından iştirak edib. Bir müddətdən sonra Arzu Bəndəliyev yenə də M. Qələndərovun dəstəyi ilə Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri təyin edilib. Bu təyinatdan sonra imkanları xeyli artan Arzu Bəndəliyev böyük kapitala sahiblənməyə nail olub. Hətta iş o yerə çatıb ki, o dönəmlərdə rayon icra başçıları Arzu Bəndəliyevə böyük məbləğlər qazanmağa şans verib. Artıq rayonda onu oliqarx olaraq qəbul etməyə başlayıblar.

Hələ o vaxtlarda mətbuatda (gundemxeber.az-red) yer alan məlumatlara görə, dövlət büdcəsindən ayrılan vəsaitləri ustalıqla xırd etməyi bacaran Bəndəliyevin əsas gəlir yerlərindən biri işçiləri olub. «Komunxoz»un müdiri 130-dan artıq işçinin maaşını özünə götürməklə, hər ay heç də kiçik rəqəmlərlə ifadə olunmayacaq pullar qazanırmış.

Medianın yazdığına görə, Beyləqan Kommunal Müəssisələr Təsərrüfatının rəsmi olaraq 170 nəfər işiçisi olub. Onlardan cəmi 25-30 nəfəri işə çıxırmış. Yerdə qalanlar isə «ölü canlılar» imiş. Yəni, həmin 130 nəfərdən artıq adı olub, özü olmayan işçilərin əmək haqqılarını Arzu Bəndəliyev özünə götürürmüş. İşdə adları olub, özləri olmayan işçilərə staj yazılır, maaşları isə müdirə çatırmış. Məhz bu çirkli gəlir mənbələri hesabına Arzu Bəndəliyev özünə dəbdəbəli villa inşa etdirib, bahalı xarci avtomobilə sahiblənib, bir vaxtlar pessimizmə qapıldığını, çayxcanalarda domino oynadığı günləri unudub.

Bu günlərdə isə redaksiyamıza daxil olan informasiyalardan belə aydın olur ki, Arzu Bəndəliyev necə deyərlər, qazanmaq üçün başqa “kreativ” yollara da baş vurub. “Realmedia.az”-a daxil olan məlumata görə, hər ay texnikaların hərəkət etməsi üçün müəssisəyə ayrılan yanacağın pulu Arzu Bəndəliyevə yaxın olan yanacaq doldurma məntəqəsinin hesabına köçürülür və hərəkət edən texnikalar yanacağı həmin YDM-dən vurmalıdırlar. Bildirilir ki, həftədə 1-2 texnika həmin YDM-dən yanacaq götürür, vəssalam. Yerdə qalan yanacağın qiyməti nəğd pul kimi çıxarılır. Məlumatlara görə, hər ayın sonları Arzu Bəndəliyev YDM-nə gəlir, haqq-hesab çəkir.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd olunur ki, hətta dayanmış texnikalara da gündəlik yanacaq yazılır. Hansı ki, həmin maşın-mexanizmlər müəssisənin qarajında aylarla təmirə dayanıb. Hətta müəssisəyə məxsus “Kamaz” yük maşınları və traktorlar var ki, onların sürücüləri YDM-dən qəbul etdikləri yanacağın keyfiyyətindən narazıdırlar. İş vaxtından sonra müəssisəyə məxsus texnikalar qarajda saxlanılmalı olduğu halda, orda deyil, «şöfer»lərin evlərində saxlanılır. Arzu Bəndəliyevin müəssisəyə məxsus texnikaları aylığa verdiyi haqda da söz söhbətlər dolaşır. Müəssisəyə məxsus texnikalara verilən ehtiyat hissələri, sürtkü yağlarının da mənimsənildiyi bildirilir. Verilən məlumatlarda o da qeyd edilir ki, idarənin özünün təmirinə ayrılan pullar da həzm-rabedən keçirilir. İllərdir ki, idarə təmir üzünə həsrətdir. Bərk və yumşaq invertarlar hamısı köhnə olmaqla, sınıq – salxaqdırlar. Bütün bunların sübuta yetirilməsi elə də zor iş deyil. Hər şey göz qabağındadır.

P.S İndi məlum olur ki, Arzu Bəndəliyevin hər yerdə «cibimdən xərcləyirəm» deyərək sərf elədiyi pullar hansı pullardır? Həmin pullar göydən tökülməyib.

Şübhə yoxdur ki, Böyük Vətən müharibəsi tezliklə qələbə ilə başa çatandan sonra ölkəmizdə daxili problemlərin başında duran korrupsiyaya qarşı qətiyyətli mübarizə vüsət alacaq. Bu mübarizədə Prezident, xalq, vətəndaş cəmiyyəti birlik nümayiş etdirəcək, vahid mövqedən çıxış edəcək. Arzu Bəndəliyev kimilərə aman verilməyəcək.

RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.