Şahin Bağırov köhnə üsulla işləyir: BAKI GÖMRÜYÜ RÜŞVƏT İÇİNDƏ... - BİR-BİR FAKTLAR AÇIQLANIR...

29-09-2022, 10:18           
Şahin Bağırov köhnə üsulla işləyir:
"Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin təyinatından sonra DGK-da heç nə dəyişməyib! Şahin Bağırov da Səfər Mehdiyevin yolunu gedir. Əvvəlki kimi rüşvət və korrupsiya. Necə də olmalı idi ki... Səfər Mehdiyev başda olmaqla, özündən əvvəlki DGK sədrlərini cəzasız görən Şahin Bağırov anlamaq çox asandır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Məqalə müəllidi daha sonra davam edir: "Məsələ ondadır ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.

Ancaq sahibkarın “çiləsi” bununla da bitmir. Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur".

DAVAMI VAR... Bizi izləməkdə davam edin.

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

QEYD: Növbəti yazıda Şahin Bağırovun özünə yaratdığı, daha doğrusu, köhnələrdən mənimsədiyi korrupsiya şəbəkəsinin incəlikləri barədə faktları təqdim edəcəyik....












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.