Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ÖZBAŞINALIQ - NARAZILIQ VAR!

2-02-2023, 11:45           
Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ÖZBAŞINALIQ - NARAZILIQ VAR!
Bu gün əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilir.Amma dövlət xəsətəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanasında İcbari tibbi sığortanın əsas prinsipləri pozulur.
Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər rayon Zar kənd sakini Qurbanova Səmayə Məhərrəm qızı tərəfindən göndərilimiş olan video-şikayətdə qeyd edilir.
Şikayətçi bildirir ki, 28.01.2023-cü il tarixdə oğlu Əli Qurbanovun səhhətində yaranmış olan problemlə bağlı Gəncə şəhəri Rayonlararası Kardioloji Dispanserinə aparıblar.Orada aparılna müayinələr zamanı məlum olub ki, onun ürək damarlarına stent taxılmalıdır.Xəstəni göndərişlə Təcili Tibbi Yardım Xidmətinin maşını ilə Mərkəzi Klinkanın Gəncə Xəstəxanasına aprıblar.Sözügedən xəstəxanada bildirblər ki, xəstəyə stend qoyulmalıdır.Bunun üçündə xəstə sahiblərinə nə az, nə çox xəzinədarlığa 1100 manat da pul ödətdiriblər.31 yanvar xəsətəni klinkadan çıxaranda isə deyiblər ki, 7 manat da ödəməlisiniz.Belə olan halda hörmətli direktor Rövşən Veyisovdan suallarımıza cavab verməyi xahiş edirik.Bu tibb ocağını dünya standartlarına uyğun, müasir təbabətin tələblərinə cavab verən, modern avadanlıqlara təhciz edilməsində dövlət büdcəsindən MİLYONLARLA vəsait xərclənib.Bütün xidmətlər də dövlət büdcəsinin vəsaiti hesabına ödənməlidir.Onda nəyə görə dövlət xəstəxanasında məcburi köçkün ailəsi bu qədər vəsait ödəməlidir?

Bu cür hallarla hər gün sözügedən xəstəxanda yüzlərlə soydaşlarımız qarşılaşdığından hüquq mühavizə orqanlarının rəbərləri bu tibb ocağına bir əl gəzdirməsə işlər düzələsi deyil.
Redaksiya olaraq onu da qeyd etməkm istəyirik ki,bu fors-major vəziyyət araşdırılsa həm İcbari Tibbi Sığortanın dövlət büdcəsi hesabına ödəniş etdiyi həm də pasiyentdən əlavə olaraq 1100 manat alınması üzə çıxacaqdır.
Səsləndirilən iddia ilə bağlı maraqlı tərəflərin də mövqelərini dərc edə bilərik.
Pasiyentin video-şikayətini təqdim edirik: //Dünyanınsəsi.Az//













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.