“Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərar veribsə, pulu yerli hakim ödəməlidir”

5-06-2020, 13:40           
“Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərar veribsə, pulu yerli hakim ödəməlidir”
"Biz vətəndaşın dövlətə verdiyi vergini niyə ona- buna verməliyik?! Bu düzgün qərar çıxarmayan hakimim əməkhaqqısından tutulmalıdır".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə "Məhkəmə-Hüquq Şurası" haqqında qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat Azərbaycan vətəndaşının vəsaiti verilib:

"Bu pul həmin işdə iştirak etmiş hakimin öz vəsaitindən tutulub ödənilməldiir. Hakim düzgün qərar vermədiyinə görə nəticə belə olub".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.