Rüstəm Behrudi: "Azərbaycan ziyalısı yaltaqlığı da "hörmətdən" salıb"

26-07-2015, 12:13           
Rüstəm Behrudi: "Azərbaycan ziyalısı yaltaqlığı da  "hörmətdən" salıb"
Tanınmış hüquqşünas Aslan İsmayılovun Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə sayılı günlər qalmasına baxmayaraq onun xatirəsini əbədlişədirmək üçün dövlət səviyyəsində kəsərli tədbirlərin görülməməsinə etiraz etməsinə və bu zaman "hanı Sabir Rüstəmxanlı, Anar Rzayev, Ramiz Rövşən, Rüstəm Behrudi?" hayqırtısına (moderator.az/index.php?xeber=87399) Rüstəm Behrudidən gözlənilən cavab gəlib.

Onun Moderator.az - a göndərdiyi cavabı təqdim edirik:

"Çox qəribədi, çox! Hələ də bu cəmiyyətdə vətəndaş ziyalısına ümidini itirməyib. Mən elə fikirləşirdim ki, bu şeytanlaşmış toplumda ziyalı bir yana, adamların bir - birinə ümidi belə yox olub. Vətəndaş hələ də ziyalılardan bir şey gözləyirsə, o vətəndaşa yazıq! Bütun həyatnı əzab - əziyyət içərisində yaşamış, təqib olunmuş, həbslərdə yatmış, Vətənin ağır günündə əlində silah vuruşmuş bir söz adamının səsi eşidilmirsə, sondu artıq. Ramizin və yaxud mənim prezidentə müraciəti nəyi dəyişə bilər ki?! Ziyalısı çörəklə imtahana çəkilən bir məmləkətdə nə kişilikdən, nə də ziyalılıqdan söhbət gedə bilər. Prezidentə həqiqəti söyləyəcək mətbuatın nə gündə olduğunun şahidi olduq. Bu Azərbaycan mətbuat tarixində 140 ildən sonrakı bir eranın bitdiyini bəyan elədi. Qaldı Azərbaycan ziyalısına, o bu məmləkətin üz qarasından başqa bir şey deyil! Mən artıq bir şeyin də şahidi oldum - Azərbaycan ziyalısı yaltaqlığı da "hörmətdən" salıb. Qaragüruhun içində Ramizin və yaxud mənim səsimin eşidilməyi çətin, çox çətindi."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.