YAP-ın tədbirini boykot edən partiyalardan açıqlama: KİM NİYƏ QATILMADI?

11-09-2019, 16:15           
YAP-ın tədbirini boykot edən partiyalardan açıqlama: KİM NİYƏ QATILMADI?
Hal-hazırda hakim YAP-ın təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar, qeyri-hökumət təşkilatları və media təmsilçilərinin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilir.

Lakin Müsavat Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyasının təmsilçiləri dəvətli olsalar da, dəyirmi masaya qatılmayıblar.

Sfera.az-a açıqlamasında Müsavat başqanı Arif Hacılı prosesdə iştirak etməmələrinin səbəbini tədbirin formatının onları qane etməməsi əlaqələndirdi: "Həmin tədbirdə iştirak etməməyimizin səbəbini tədbirin təşkilatçısı Fəzail Ağamalıya izah etmişəm. Tədbirin adının qeyri-müəyyənliyi və formatının bizi qane etməməsi səbəbindən ora qatılmamışıq”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə başqa tədbirdə olduğunu deyərək məsələyə münasibət bildirmədi.

Bu barədə Unikal.org-a açıqlama verən REAL partiyasının icra katibi Natiq Cəfərli deyib ki, sözügedən tədbirə dəvət olunmayıblar və bu səbəbdən də həmin görüşdə iştirak etmirlər:

"Əgər dəvət Yeni Azərbaycan Partiyasından gəlsəydi, bu təklifi dəyərləndirərdirk. Biz belə bir dialoq ortamından qaçan da deyilik. Amma siyasi qüvvələr arasındakı görüşü belə formatda keçirilməsini doğru saymıram. Amma hakim partiyanın öz təşəbbüsü, müəyyən olunmuş mövzular ətrafında müzakirələr, rəsmi dəvət göndərilsə, iştirak edə bilərik. Burada heç bir problem yoxdur. Bugünkü tədbirə gəlincə, çağırılmayan yerə necə gedək? Hesab edirəm ki, bu məsələlərdə hakim partiya özü təşəbbüskar olmalıdır. Əslində bu cür görüşlərin keçirilməsinə çoxdan ehtiyac var".шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.