Deputat: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq”

20-10-2019, 16:43           
Deputat: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq”
"Bu ilki bələdiyyə seçkilərinə çatdırmaq mümkün olmadı. Amma gələn bələdiyyə seçkilərində yeniliklər mütləq olacaq”.

Teref.az xəbər verir ki, bunu modern.az-a bələdiyyə seçkiləri haqqında danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yeniliklər tətbiq etmək üçün öncəliklə qanunvericilik dəyişdirilməlidir:

"Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, bələdiyyə sədrləri birbaşa insanlar tərəfindən seçilsin. Bunu tətbiq etmək üçün əvvəlcə qanunvericilik dəyişməlidir. Bu ilki bələdiyyə seçkilərinə həmin məqamları çatdırıb, tətbiq etmək mümkün olmayacaq. Amma növbəti bələdiyyə seçkilərində sözügedən yeniliklərlə bağlı addım atılacağını düşünürəm”.

Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru