"Heç bir güc Azərbaycan dövləti ilə zor dilində danişa bilməz" - Ülvi Quliyev

21-10-2019, 22:00           
"Heç bir güc Azərbaycan dövləti ilə zor dilində danişa bilməz" - Ülvi Quliyev
Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi icazəsiz aksiya Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Modern.az məsələyə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyevin münasibətini öyrənib.

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və burada hər şey hüququn aliliyi prinsipləri ilə idarə olunur:

“Ona görə də hesab edirəm ki, heç bir güc Azərbaycan dövləti ilə zor dilində danişa bilməz. Bu, qanunvericiliklə tənzimlənir. Eyni zamanda, Azərbaycan dövlətinin gücü ona qarşı uzanan xarici və daxili qara əllərin zərərsizləşdirilməsi üçün yetrəlidir. Dünyanın indiki həssas zamanında, bəzi qüvvələrin Yaxın Şərqi qan çanağında boğmaq istədiyi bir dönəmdə Azərbaycan vətəndaşları xüsusilə ayıq olmalıdırlar. Bu mənada vətəndaşlarımıza, xüsusilə gənclərimizə böyük güvəncimiz var. Müasir Azərbaycan gəncliyiyi öz gələcəyini Azərbaycanın lideri, cənab Prezident İlham Əliyevin rəhəbrliyi altında görür. Azərbaycanda bütün sahələrdə inkişaf, islahatlar göz önündədir. Məhz bu islahatların nəticəsidir ki, Azərbaycan gəncliyinin səsi dünyanın hər ölkəsindən gəlir. Ancaq müstəqilliyimizə, inkişafımıza qarşı çıxanlar isə ölkəmizdə qarşıdurma, qarışqlıq salmaq istəyirlər. Bir daha bəyan edirəm ki, belə cəfəng iddialar baş tutmayacaq. Azərbaycan xalqı öz liderinin arxasındadır”.
Komitə sədri insanların sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdığını, ancaq qanunsuz toplaşmalara qarşı olduğunu da qeyd edib:

“Hətta Azərbaycanın bir nömrəli məsələsi olan Qarabağ problemindən həmin mitinqlərdə yalançı şüar kimi sui-istifadə halları müşahidə olundu. Düşünürəm ki, bu, yolverilməızdir, Azərbaycan xalqı dövlətçiliyimizə uzanmış qara qüvvələrə heç zaman imkan verməyəcək.

Milli Məclisin deputatı olaraq öz adımdan, seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.