Rəsmi Bakının etiraz notaları “işləmir” - Separatçıların lideri bu dəfə Belçikada

8-11-2019, 11:11           
Rəsmi Bakının etiraz notaları “işləmir” - Separatçıların lideri bu dəfə Belçikada
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-ə yaxın parlament üzvü ilə danışıqlar aparıb.

Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.

Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və sözdə "soyqırımı"nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi. Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun “mədəniyyət naziri” Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.