"Qarabağ siyasətimizə yenidən baxmalıyıq" - deputat

12-11-2019, 12:26           
  "Qarabağ siyasətimizə yenidən baxmalıyıq" - deputat
Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Ermənistanın maraqlarından çıxış edib.
Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik, – deyə bildirib. Gununsesi.org-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Lavrovun açıqlamasına təəccüblənmək lazım deyil: “Biz hamımız bilirik ki, Rusiya Ermənistanı müdfiə edir və məhz bu səbəbdən, biz torpaqlarımızı azad edə bilmirik. Ona görə zaman-zaman söyləyirəm ki, Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistanda hər bir siyasətçi başa düşür ki, Ermənistan özbaşına bu problemi çözmək istəsə, onun liderini Dəmirçiyan və Vazgen Sarkisyan kimi parlamentdə publik edam gözləyir. Ona görə Rusiyanın forpostu olan Ermənistanla danışıqlar vaxt itkisindən başqa bir şey deyil. Nəhayət ki, biz Qarabağ siyasətimizə yenidən baxmalıyıq”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.