Azərbaycanlı jurnalistin erməni qızlarla FOTOSU yayıldı - "Sağımda dayanan Ani..."

15-11-2019, 08:55           
Azərbaycanlı jurnalistin erməni qızlarla FOTOSU yayıldı - "Sağımda dayanan Ani..."
"Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani (erməni jurnalist red.) ilə əməkdaşlıq edəcəyik".

Modern.az xəbər verir ki, bu sözləri "Kanal 13" TV-nin əməkdaşı Fərid İsmayılov şəxsi feysbuk hesabında bildirib.

O, 3 erməni jurnalistlə şəkil çəkdirərək onlar haqqında təəssüratlarını bildirib:

"Şəkildə gördüyünüz hər 3 xanım Ermənistandan olan gənc jurnalistlərdir. Onlarla Qarabağ ətrafında baş verən prosesləri müzakirə etdik. Onlar isə Qarabağ üçün sülh istəyir.
Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani ilə əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı bir neçə erməni jurnalistin paytaxt Bakıya gələcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru