Savaşa aparan gərginlik: Tərəflər “əllərini gücləndirir”

11-12-2019, 00:00           
Savaşa aparan gərginlik: Tərəflər “əllərini gücləndirir”
Vaşinqton və Tehran girov mübadiləsi həyata keçirib.

ABŞ 2018-ci ilin oktyabrında Birləşmiş Ştatların Minnesota ştatında FTB əməkdaşları tərəfindən ittiham irəli sürülmədən saxlanılan iranlı alim Məsud Suleymanini verib. Öz növbəsində, ABŞ İrandan 2016-cı ildə casusuluqda şübhəli bilinərək saxlanılan amerikalı tələbə Syue Vanı alıb.

Ekspertlər bu hadisəni tərəflər arasında diplomatik təmasın qurulması istiqamətində atılmış addım hesab edir. Yəni girovların dəyişdirilməsi ABŞ-ın və İranın mövcud gərginliyi yumşaltmağa hazır olduqlarına dair mesajı kimi şərh edilir.



Politoloq İlqar Vəlizadənin sözlərinə görə, bu prosesin davamlı olması regiondakı qarşıdurmnaı aradan qaldırmağa kömək edə bilər: “ABŞ-la İranın münasibətləri dalana dirənib. Belə davam edərsə, iki ölkə arasında lokal münaqişənin yaranacağı istisna deyil. Bölgədə gedən troksit müharibələrdə hər iki ölkə fəallıq göstərir. İraqda gedən hadisələr buna sübutdur. Hətta İraqda ABŞ-ın hərbi obyektlərinin bombalanması ilə bağlı müxtəlif fərziyyələr var. Hətta bu olayda İranın əlinin olduğu bildirilir. Təxribatların artması və münasibətlərin gərginləşməsi münaqişənin yaranmasını qaçılmaz edir. Belə situasiyada ABŞ və İran girovları mübadilə etməklə bu və ya digər kompromislərin tapılmasına hazır olduğunu nümayiş etdirir, yaranmış trendlərin dəyişməsinə çalışır. Amma bu addım ardıcıl deyil. Əgər bu cür təşəbbüslər davamlı olarsa, yəni humanitar sahələrdə addımlar atılsa, o zaman müəyyən nikbinliyə əsas yarana bilər.

Əgər tərəflər bununla kifayətlənsə, deməli ABŞ və İran ortaq məxrəcə gələ bilməyib və çıxış yolu görünmür”.

Qeyd edk ki, girovların dəyişdirilməsinə baxmayaraq, Vaşinqton və Tehran arasında gərginlik qalmaqda davam edir. Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper “Fox News” telekanalına açıqlamasında İranın ağır iqtisadi və siyasi durumundan və bu ölkəyə qarşı artan təzyiqlərdən danışıb. Ekspert deyib ki, İranda baş verən son kütləvi etirazlar islam respublikasının nə qədər təzyiq altında olmasından xəbər verir: “İran xalqının azadlıq və rifah uğrunda apardığı dinc mübarizəsi təqdirə layiqdir. Bu yaxşı bir addımdır. Bu gün, İran İslam Respublikası gündən-günə artan ağır təzyiq altındadır. Məhz buna görə də hesab edirəm ki, biz gözlənilməz hər hansı bir olaya hazır olmalıyıq” -deyə, Amerikanın müdafiə naziri Mark Esper əlavə edib. Esper İrandakı mövcud ağır vəziyyətin detallarını açıqlamayıb.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.