“Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın” - Siyavuş Novruzov

5-06-2020, 12:55           
“Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın” - Siyavuş Novruzov
“Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görəi, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

“O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri assın. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru