“Tezliklə qoşunları bizim ərazimizdə yerləşdirin” - Polşa ABŞ-dan xahiş edib

7-06-2020, 03:47           
“Tezliklə qoşunları bizim ərazimizdə yerləşdirin” -
Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib ki, ölkəsinə tezliklə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ordusunun yeridiləcəyinə ümid edir. «Röyter»in müxbirinin xəbər verdiyi kimi, prezident Donald Trampın Almaniyadan çıxaracağı ABŞ hərbi kontingenti Polşa ərazisinə dislokasiya ediləcək.

«Mən çox ümid edirəm ki, apardığımız çoxsaylı danışıqların nəticəsi olaraq, bu gün Almaniyadan çıxarılan ABŞ ordusu mümkün qədər tezliklə Polşaya gələcək» - Marovetski deyib. Bununla yanaşı, Polşa hökumətinin başçısı dəqiqləşdirib ki, hazırda bu qərar «ABŞ tərəfindədir».

Almaniyada ABŞ kontingentinin azaldılması barədə Vaşinqtonun qərarı iyunun 6-da məlum olub. Bu zaman Ağ Evdə belə bir faktı inkar edirlər ki, Donald Trampın bu addımı Almaniya kasleri Angela Merkel arasında yaranmış gərginlik səbəbilə atılıb.

KİV-lər isə təsdiqləyirlər ki, gerçəkdən belə gərginlik var. O, «Böyük yeddilik»in qarşıdan gələn sammiti fonunda baş verib. Sammit iyunun sonuna planlaşdırılır və ABŞ lideri Rusiyanı bu görüşə dəvət etmək istəyir.

Pentaqonun xəbər verdiyi kimi, hazırda Almaniyada ABŞ-ın 34 min 500 hərbçisi var. İlkin məlumata görə, ABŞ bu kontingentin 9500 nəfərini Almaniyadan çıxartmaq istəyir.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.