Qarabağ savaşı “su uğrunda” ola bilər – Politoloqdan şok

2-07-2020, 09:53           
Qarabağ savaşı “su uğrunda” ola bilər – Politoloqdan şok
Yaxın gələcəkdə dünya üzərində ölkələr neft-qaz uğrunda deyil, içməli su ehtiyatları uğrunda müharibə aparacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli dünya miqyasında yaşanan iqlim böhranı və bunun nəticəsində azalan su ehtiyatlarının gələcəkdə yaradacağı siyasi konfliktlər haqda danışarkən deyib.

O bildirib ki, su ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmazsa, mövcud koronavirus pandemiyasından daha böyük bir problemlə üzləşə bilərik:

“İllərdir ekoloqlar, iqlimşünaslar qlobal istiləşmə nəticəsində içməli su probleminin yaşanacağına dair xəbərdarlıqlar edirdi. Bu xəbərdarlığın edildiyi zaman məsələ problem həddində idi, lakin indi böhran səviyyəsinə gəlib çatıb. Dünya sürətlə qloballaşır, bu da özlüyündə insanların tələbatının kəskin artmasına gətirib çıxarır. Nə qədər acı da olsa, dünyanın təbii ehtiyatlarını sürətlə tükədirik və bu gün də bunun fəsadlarından olan içməli su böhranı ilə qarşı-qarşıyayıq. Faktiki olaraq, hazırda dünyanın bir çox regionunda həyəcan təbili çalınır”.

Politoloqun sözlərinə görə, içməli su böhranı dünyada yeni münaqişələrin alovlanmasına gətirib çıxara bilər:

“Təbii ehtiyatlar azaldıqca onun dəyəri daha da artır. Daha dəyərli ehtiyatı əlində saxlayan dövlətlər isə şübhəsiz, söz sahibi və hegemon ölkələr sayılır. Bu gün biz bu tendensiyanı neft-qazda görürük. Lakin maraqlı bir faktı deyim ki, hazırda Səudiyyə Ərəbistanında neft sudan daha ucuzdur. Yəni su neftdən daha dəyərlidir. Bu, əslində, içməli su ehtiyatlarının sürətlə azaldığı bir zamanda ibrət alınası bir nümunədir. Dünyanın əksər regionlarında müharibələrin neft-qaz uğrunda getdiyi bir zamanda Afrikada su uğrunda müharibələrin getdiyinin şahidi oluruq”.

Q.Hüseynli qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə Ermənistanla təkcə Qarabağ uğrunda deyil, su üçün də müharibə edə bilər:

“Belə ki, Azərbaycanda şirin su ehtiyatları azalmaqdadır. Çayların əksəriyyəti quruyub. Kür və Araz çaylarında da son illərdə suyun səviyyəsi kəskin azalıb. Təbii ki, burada iqlim faktorunun təsirləri də var. Lakin Araz eyni zamanda Ermənistan ərazisindən keçir. Ermənistan uzun illərdir bu çayların suyunu həm azaldır, həm də çirkləndirir. Bu isə Azərbaycanı ciddi su böhranı ilə üzləşdirə bilər. Kürün suyunun azalmasından sonra Ermənistanda Azərbaycanın işğal altında olan Sərsəng su anbarından “su sata” biləcəkləri haqda sərsəm fikirlər səsləndirilir. Beləliklə, biz öz sərvətlərimizi geri qaytarmaq üçün də savaşa başlamalıyıq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.