Trampa növbəti zərbə qardaşı qızından: Meri öz “təlxək” və “sosiopat” əmisini ifşa edəcək

8-07-2020, 10:32           
Trampa növbəti zərbə qardaşı qızından: Meri öz “təlxək” və “sosiopat” əmisini ifşa edəcək
ABŞ-da prezident seçkilərinə cəmi bir neçə ay qaldı. İndiki prezident Donlad Trampın ikinci səlahiyyət müddəti qazanmaq üçün qatıldığı seçkilərdə uğur əldə edəcəyi isə xeyli mübahisəli görünür. Zaman da sanki Trampın əleyhinə işləyir. Hər keçən gün onun seçilmək şansını azaldan hadisələr və iddialar ortaya çıxır.

Ovqat.com xəbər verir ki, Trampa növbəti zərbə rəqiblərindən deyil, öz ailə üzvlərindən dəyə bilər.



ABŞ mediasına sızan məlumatlara görə, prezidentin qardaşı qızı Meri Tramp əmisini ifşa edən kitab qələmə alıb və həmin kitab gələn həftə yayımlanacaq.

ABŞ ictimaiyyətinin böyük səbrsizliklə gözlədiyi kitabda Donald Tramp barədə qələmə alınmış bəzi ifşaedici faktlar artıq mediaya sızdırılıb. Bildirildiyinə görə, Meri kitabında əmisinin ali məktəbə pul gücünə girdiyini iddia edib. O yazıb ki, Donald Tramp imtahanlara özü yox, pul qarşılığında başqasını göndərib. Pensilvaniya ştatındakı Uortonun Biznes Kollecinin müdavimi adını başqasının hesabına qazanan Tramp bu məktəbin biznesin idarəedilməsi fakültəsinə daxil olub.


Kitabın üz qabığı

Kitabın adı da çox maraqlıdır: "Həddindən artıq çox, amma heç vaxt kifayət etmir: Mənim ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?”. Kitabda əmisini "dünyanın sağlamlığını, iqtisadi təhlükəsizliyi və sosial mozaikasını təhdid edən insan" kimi təsvir edən Meri ailənin başqa üzvlərinin də fikirlərinə yer verib. Müəllif bildirib ki, Trampın bacısı Maryanne ötən prezident seçkilərində qardaşının qazanacağına inanmırmış. Hətta onun barəsində belə deyibmiş: "Donald bir təlxəkdir, ondan prezident ola bilməz”.


Donald Tramp və atası Fred Tramp


Müəllifin iddiasına görə, Mariyanne qardaşının dini inanclarına da şübhə ilə yanaşır. ABŞ prezidentinin evangelistlərə dəstək verdiyinə inanan bacısının fikrincə, “Donald yalnız kameraların qarşısında kilsəyə gedir və onun heç bir mənəvi prinsipi yoxdur”.


Tramp ailəsi

Psixoloq olan Mari Trampın əmisinin psixoloji durumu barədə fikirləri daha maraqlıdır. Çünki o, bu təşxisində həm də peşəkar yanaşma ortaya qoyub. Psixoloq qardaş qızına görə, əmisi sosiopatdır.



Bəs sosiopat nə deməkdir?

Harvard Universitetinin psixoloqu Martha Stoutun "Sosiopat tam yanınızda" adlı kitabında bu xəstəliyin 10 əlaməti bu cür sıralanır:


1) Sosiopat şəxsiyyətlər bir qayda olaraq xarizmatikdir; onların ətrafında əsasən pərəstişkar kütlə toplanır. Sosiopatların cinsi cazibə gücünə malik olduqlarını söyləmək mümkündü.

2) Sosiopatlar öz qərarlarında və davranışlarında spontandırlar; onlar planlı, proqramlı şəkildə yaşamırlar. Adi insanlardan fərqli olaraq, onlar qəribə davranış sərgiləyə bilərlər. Normal sosial münasibətlər qura bilməzlər. Onlar təhlükəli və səmərəsiz hərəkətlər etməkdən çəkinməzlər.

3) Sosiopat şəxsiyyətlər utanc, təqsirsizlilik və ya təəssüf hissi keçirmirlər. Əslində onların beynində bu duyğuları idarə edə biləcək bir mərkəz də yoxdur; mövcud olsa da, pozulmuş şəkildədir. Beləliklə, onlar ən kiçik vicdan əzabı olmadan insanları asanlıqla aldada, təhdid edə və ya onlara zərər verə bilərlər. Onlar öz maraqları üçün başqalarına zərər verməkdən çəkinməzlər. Məhz buna görə də" uğurlu " sosiopat ölkədə ali vəzifələrə rahat yüksəlir.


4) Sosiopat şəxsiyyətlər özləri haqqında gözlənilməz yalanlar icad edə bilırlər. Onlar hadisələri o qədər şişirdirlər ki, müəyyən məqamda onların absurdluğu qaçılmaz olur. Lakin həqiqətlər arasında təhrif olunmuş faktları məharətlə gizlədərək sadəlövh və saf niyyətli insanları asanlıqla yalanları ilə aldadırlar.


5) Sosiopat şəxsiyyətlər insanlar üzərində hakim olmağı sevirlər. Nəticəsindən asılı olmayaraq hər bir müzakirə və döyüşdə qalib olmaq istəyirlər.

6) Sosiopat şəxsiyyətlərin əksəriyyəti ağıllıdır, lakin öz ağılllarını başqalarını aldatmaq üçün istifadə edirlər. Yüksək intellekt səviyyəsinə malik olanlar cəmiyyət üçün real təhlükə yarada bilərlər. Buna görə yaxalanmadan qətllər törədə biləcək serial qatillərin əksəriyyəti sosiopatlar arasından çıxır.

7) Sosiopat şəxsiyyətlərin sevmək və sevilmək qabiliyyəti yoxdur. Onlar istədiklərini əldə etmək üçün özlərini sevən kimi göstərirlər. Real həyatda isə heç kimi sevmirlər.

8) Sosiopatik şəxsiyyətlərin poetik dili var. Onlar sözləri çox bacarıqla istifadə edirlər. İnsanları öz nitqləri ilə heyran etmək üçün kifayət qədər baracıqlıdırlar. Yaxşı hekayələr danışar və şeir oxuyarlar.

9) Heç vaxt üzr istəməzlər. Səhv etdiklərinə inanmırlar, günahkarlıq hissləri yoxdur. Səhv olduqları halda hücuma davam edərlər.

10) Sosiopat şəxsiyyətlər dərin təsəvvürlərə malikdirlər. Öz fantaziyaları ilə yaşayarlar. Onlarla nəyisə müzakirə etmək, polemikaya girmək yalnız vaxt itkisi ilə nəticələnər.

Ovqat.comшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.