Son 25 ildə Azərbaycan müdafiəyə Ermənistandan 5 dəfə çox pul ayırıb- Demək olarmı ki, bizim ordumuz düşmənlərdən 5 dəfə güclüdür?

14-07-2020, 00:21           
Son 25 ildə Azərbaycan müdafiəyə Ermənistandan 5 dəfə çox pul ayırıb-
1995-ci ildən 2020-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 30 milyard dollar, həmin dövrdə Ermənistanın müdafiə büdcəsi isə 6,5 milyard dollar olub. Azərbaycan müdafiəyə və silahlı qüvvələrin saxlanmasına Ermənistandan 5 dəfəyədək çox vəsait ayırıb. Xərcləyib yazmıram çünki, əmin deyiləm ki, bu vəsaitin son təyinat xərci silahlı qüvvələrin inkişafı və müdafiənin möhkəmləndirilməsi olub.
Teref.az yazır ki, iqtisadçı Qubad İbadoğlu araşdırmasını bu belə başlayıb. Daha sonra Qubad İbadoğlu yazır:
Çünki, ötən 25 ildə müdafiə naziri bir dəfə də olsun, nəinki Milli Məclisin plenar, heç komitə iclasında da hesabat verməyib. Heç şübhəsiz ki, bu vəsaitin çox hissəsində milli ordunun zabit və əsgərləri deyil, silah alverini aparanlar faydalanıblar. Odur ki, müdafiə büdcəsinin təyinatı üzrə xərclənməsini Hesablama Palatası yoxlamalı və rəyini verməlidir. Bu müdafiə nazirliyinə ictimai etimadın artırılması üçün də vacibdir. Ən azından xalq bilərdi ki, büdcədən müdafiəyəyə yönələn xərclər hara xərclənir, onu kim və necə xərcləyir. Qeyd edim ki, ADR Hərəkatı olaraq bu istiqamətdə təklfilərimizi ötən il Milli Məclisə və Prezident Aparatına göndərsək ona indiyə qədər cavab verilməyib.
Məlumat üçün qeyd edim ki, bu il üçün müdafiə və təhlükəsizlik qüvvələrinə 3,853 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Onun da 1,6 milyard manatını xüsusi təyinatlı xərclər təşkil edir. Ümumiyyətlə, bu ilin büdcəsində 4,6 milyard manatlıq birdəfəlik təyinatlı xərclərin 35,2 faizi müdafiə büdcəsinin payına düşür. Onu da əlavə edim ki, 2020-ci il üçün müdafiə və təhlükəsizlik büdcəsinin ÜDM payı 4,6 faiz, büdcə xərclərində xüsusi çəkisi 14,3 faizdir. Yəni bu o deməkdir ki, bu il xərclənən hər 100 manatdan 14 manat 30 qəpiyini müdafiə və təhlükəsizlik qüvvələri "yeyəcək".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.