"Düşmənin ciddi itkiləri var" - Cəbhədən XƏBƏR VAR (VİDEO)

14-07-2020, 12:39           
"Düşmənin ciddi itkiləri var" - Cəbhədən XƏBƏR VAR (VİDEO)
"Düşmən öz itkilərini gizlətsə də, ciddi itkiləri var. Düşmən geri otuzdurulur. Düşmənin bütün təxribatlarına cavab verilir".

Unikal.org xəbər verir ki, bu sözləri hazırda cəbhə bölgəsində olan millət vəkili Qənirə Paşayeva deyib.

O, cəbhədəki son vəziyyət barədə İTV-nin "Sabahın Xeyir Azərbaycan"da canlı bağlantısında danışıb: "İnsanlara söyləmək istəyirəm ki, yalan məlumatlara, dezinformasiyalara inanmasınlar, ancaq rəsmi məlumatlara və yerindən verilən məlumatlara inansınlar. Ordumuz düşmənin təxribatlarına yüksək səviyyədə cavab verir. Düşmən öz itkilərini gizlətsə də, düşmənin ciddi itkiləri var. Düşmən geri otuzdurulur. Düşmənin bütün təxribatlarına cavab verilir.

Ermənistan rəhbərliyi ölkəsinin daxilində yaranmış ağır vəziyyətdən ictimai diqqəti yayındırmaq üçün nələrisə etməyə çalışır. Amma onların bu təxribatları ciddi şəkildə fiaskoya uğrayır, çünki Azərbaycan ordusunun silahlı qüvvələri düşmənə lazımi cavabları verir. Düşmən layiq olduğu cavabı alır və alacaq da və daha ağır vəziyyətlə üzləşəcəklər. Şəhidlərimiz nur içində yatsın".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.