BEYRUTDA NƏ BAŞ VERİB? – Yaxın Şərqdə yeni fəlakət zonası

7-08-2020, 08:20           
BEYRUTDA NƏ BAŞ VERİB? –
Artıq xəbər verildiyi kimi, Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında avqustun 4-də baş vermiş iki güclü partlayış nəticəsində100-dən artıq insan həlak olub, 4 mindən artığı isə yaralanıb. Beyrutun bir çox kvartalları tamamilə dağılıb. Fovqəladə hadisənin rəsmi şəxslər tərəfidən səsləndirilən səbəbi də məlumdur: ammonium-nitratın (ammonium şorası adı ilə məşhurdur) böyük partiyası partlayıb. Şoranın uzun müddət limanda təhlükəsizlik tədbirlərinə əməl olunmadan saxlandığı bildirilir.

Xilasedicilər taleyi məlum olmayan onlarla insanın axtarışını davam etdirilər. Limanın bəzi işçiləri patlayışla dənizə tullanıb («Bi-bi-si»). «Əl-Cəzirə» telekanalı xəbər verir ki, Beyrutun 300 nəfərə yaxın sakini öz evindən və mənzilindən məhrum olub. Şəhərdə iki həftəlik fövqəladə vəziyyətin tətbiqinə hazırlıq gedir. Livanın müdafiə şurası paytaxtda təhlkəsizlik üzərində nəzarətin orduya verilməsi təkifi ilə çıxş edib. Ordu patrulları artıq paytaxtın küçələrində növbətçiliyə başlayıblar.

Partlayışlar həm də mümkun ərzaq böhranı təhlükəsi yaradıb - Livan ərzaqların böyük hissəsini idxal edir və buğdanın əhəmiyyətli ehtiyatları partlayışla dağılmış liman anbarlarında saxlanırmış. Livanın iqtisadiyyat naziri atıq bəyan edib ki, liman anbarlarında qalmış buğda partiyası qida qismində istfadəyə yararsız hala gəlib.


Beyrut limanına güclü zədə dəyib və o, hələlik işləyə bilməyəcək. Bu, Livan respublikasına ağər zərbədir - belə ki, ölkə ilkin tələbat mallarının hamısını demək olar, idxal edir. Patlayışın çoxsaylı şahidləri sosial şəbəkələrdə kadrlar dərc ediblər. Kadrlarda əvvəlcə tüstü sütunu görünür, ardınca - güclü partlayış. Bundan sonra, şəhər üzərində göbələk formalı bulud asılıb. Partlayış dalğası bir çox binaları dağıdıb, o cümlədən, limandan bir neçə kilometr aralı yerləşmiş binalar dağılıb, avtomobillər ətrafa səpələnib. Yerli KİV-lərin məlumatına görə, yaxın saatlarda qurbanların sayı arta bilər, çünki binaların qırıqları altında insanlar qalıb.

Partlayış o qədər güclü olub ki, onun səsini hətta Beyrutdan 240 kilometr məsafədə yerləşən Kiprdə eşidiblər.

«Bu, gerçək fəlakətdir. Biz gördüklərimiz fəlakətdir. Nəticələrin miqyası inanılmazdır. Mən, Livanda vətəndaş müharibəsindən keçmişəm, mən 2005-ci ildəki partlayışın (o zaman Livanın keçmiş Baş naziri Rafik Həriri həlak olmuşdu), digər partlayışların şahidi olmuşam, amma beləsini həyatımda görməmişəm» - Beyrutun strateji məsələlər İnstitutunun direktoru Sami Nadir «Əl-Cəzirə» kanalına bildirib.

Livanın prezidenti Mişel Aun ölkədə 3 günlük matəm elan edib və partlayışın nəticələrinin aradan qaldırılması üçün 66 milyon dollar ayırmağa söz verib.

Aun bəyan edib ki, 275 ton ammonium-nitrat limanda artıq 6 ildir saxlanılırmış və bu müddətdə vacib təhlükəsizlik tədbirlərinə əməl olunmayıb. O, günahkarların qanunun bütün kəskinliyi ilə cəzalandırılmasına çağırıb.

Baş nazir Həsən Diab bundan əvvəl xəbər verib ki, «təhlükəli maddə» müsadirə olunub və 2014-cü ildən üzübəri limanda saxlanılıb.

Ammonium şorası geniş istifadə olunan azot kübrəsidir və patlayıcı maddə qismində də işlədilir. O, yanar materiallarla və odla təmasda olarkən partlayış daha təhlükəli olur.

Ammonium şorasının partlamasından sonra atmosferə toksik qazlar, o cümlədən, azot oksidi və ammonyak tullanır. Bu maddə xüsusilə təhlükəli olduğu üçün onun saxlanma şəraitinə ciddə tələblər irəli sürülür. Belə tədbirlərdən biri də odur ki, ammonium-nitartın saxlandığı tikili yanğına qarşı təhlükəsiz olmalı, orada hər-hansı boru xəttinin, sorucu ventilyasiya xəttinin və digər kanalların quraşdırılması qadağan edilir. Ekspertlər xəbər verirlər ki, patlayışdan sonra liman üzərində görünmüş qırmızı rəngli tüstü də ondan xəbər verir ki, söhbət məhz ammonium-şorasının patlamasından gedir.

Livanın «LBC International» telekanalı öz mənbələrinə istinadla xəbər verir ki, ölkə Təhlükəsizlik Şurasının prezident Aunun sədrliyi ilə keçirilən iclası zamanı hadisə barədə mümkün versiya açıqlanıb. Məlumata görə, limanda qaynaq işləri aparılıb və bu zaman yaxında saxlanan pirotexnikanın yanması baş verib. Bundan sonra alov ammonium-nitrata keçib.

TASS agentliyi öz mənbələrinə istinadla xəbər verir ki, partlamış şora Beyrata Moldovanın «Rhosus» gəmisində gətirilib. Yük Afrikaya çatdırılmalı imiş, amma Livan hakimiyyəti tərəfindən, təhlükəsizlik tədbirlərinə əməl olunmaması səbəbilə saxlanıb. TASS agentliyinin məluatına görə, gəminin heyəti ukraynalılardan ibarət olub.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.