32 deputat çıxış etdi: “Dövlət büdcəsi haqqında” Qanun olduğu kimi saxlanıldı

7-08-2020, 11:33           
32 deputat çıxış etdi: “Dövlət büdcəsi haqqında” Qanun olduğu kimi saxlanıldı
Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Cebhe.info xəbər verir ki, qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

T.Mirkişili bildirib ki, qanun layihəsinin müzakirəsində ümumi olaraq 32 deputat çıxış edib:

“Komitə iclasında 8, qanun layihəsinin müzakirəsi zamanı isə 24 deputat çıxış edib. Qanun layihəsinin olduğu kimi saxlanılması məqbul hesab olunub. Amma həmkarlarımızın verdiyi təkliflər də diqqətdə saxlanılacaq”.

T.Mirkişili qeyd edib ki, pandemiyanın və neft qiymətinin ucuzlaşmasının büdcəyə müəyyən təsiri olub:

“Müəyyən iqtisadi layihələrin dayandırılıb. Xarici borca, devalvasiyaya getmədən, problemləri vətəndaşın üzərinə qoymadan pandemiyanın yaratdığı nəticələr dərin təhlil olunub və vəziyyətdən çıxmağı hədəflənib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru