Bill Qeyts: Koronavirusdan daha qorxulu olacaq XƏBƏRDARLIQ

10-08-2020, 08:52           
Bill Qeyts: Koronavirusdan daha qorxulu olacaq XƏBƏRDARLIQ
Bir neçə il ərzində yeni növ infeksiyanın yarana biləcəyinə qarşı hazırlıqlı olmağın vacibliyini bildirən Bill Qeyts COVİD-19-un ortaya çıxması ilə konspiroloqlar arasında şöhrət qazandı.

Redaktor.az xəbər verir ki, təsdiqini tapan bu proqnozdan sonra, o, daha bir xəbərdarlıqla gündəmə gəlib.

Söhbət iqlim dəyişikliyindən gedir. B.Qeyts bildirib ki, iqlim fəlakəti hər il koronavirusdan 5 dəfə çox adamın həyatına son qoyacaq. O koronavirusdan ölüm səviyyəsini hər il yüksələn temperatur səbəbilə baş verəcək ölümlərin artım səviyyəsi ilə müqayisə edib. Onun fikrincə 2100-cü ilə kimi iqlim dəyişikliyi koronavirusdan 5 dəfə daha ölümcül ola bilər.

B.Qeyts qeyd edib ki, iqtisadiyyata dəyəcək zərər də eyni səviyyədə ola bilər. Bu halda hökumətlər hər 10 ildən bir ekoloji böhranın yumşaldılması üçün külli miqdarda vəsaitlər sərf etməli olacaqlar.

“Əgər dünya karbon qazı ifrazının səviyyəsini əvvəlki kimi saxlasa, əsrin sonuna qədər vəziyyət çox pis ola bilər” - deyə kompüter maqnatı əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru