Özlərinə demokrat deyən adamların başqa fikrə, düşüncəyə, mövqeyə aqressiv yanaşdığı qəribə bir toplumda yaşayırıq.

11-08-2020, 00:00           
Özlərinə demokrat deyən adamların başqa fikrə, düşüncəyə, mövqeyə aqressiv yanaşdığı qəribə bir toplumda yaşayırıq.
Erkinlə bağlı bir onu deyim ki, adamın nə deməyindən asılı olmayaraq 3 qrup insan onu həmişə linç edəcək:
1) Özünə liberal deyənlər – onların əksəriyyətini Erkin yetişdirib, indi də onlar elə bilirlər ki, Erkin liberalizmə xəyanət edib, halbuki, o heç vaxt liberal olmayıb, amma liberalizmdən dərs deyib, bu işin fəlsəfəsini özünə liberal deyənlərdən yaxşı bilir,
2) Erkini söyərək reytinq qazanmaq istəyənlər – son 10 ildə dəfələrlə bunun şahidi olmuşam, sadəcə dərd budur ki, 10 ildir Erkin yenə müzakirə olunur, bu gün də dediyi-yazdığı fikir fırtınası yaradır, amma onu söyüb, təhqid edib, aşağılayıb xal qazanmağa çalışanları indi heç kim xatırlamır da, 3) Mənasız yerə, anlamadan sırf bunu Erkin (ya da REAL) söyləyib deyə linç edənlər – bu tiplərin dərdi məsələnin dərinliyi deyil, formasıdır. Sabah Erkin çıxıb, “mən badımcan dolması xoşlayıram”, desə, onlar küy qaldıracaqlar ki, yox e, belə olmaz, bəs yarpaq, kələm, pomidor dolması?! Niyə onları bəyənmirsən – hə, deməli, sən dolmaya qarşısan, ya da, badımcana xüsusi yanaşman var. Bax bu tip insanlar hələ də “dolma bizimdir” səviyyəsində olanlardır.
Teref.az xəbər verir ki, politoloq Natiq Cəfərli məqaləsində daha sonra yazır:
Kiçik və ideoloji bir kəsim var ki, bu insanların Erkini tənqid etməsini çox doğru, yararlı və məzmunlu buluram, onlar yuxarıdakı 3 qrupa aid deyil: Nə dediklərini bilirlər, Erkinin yazdığını anlayıb da dəyərlərinə görə tənqid edirlər. O kiçicik qrupa təşəkkür edirəm və zaman-zaman özüm də o qrupun içində oluram. Erkinin səhvləri olur- olacaqda, çünki düşündüyünü deyir, amma insanı fikrinə görə linc etmək faşizmdir – demokratiya istəmirsiniz? O zaman fərqli fikirlərə də dözümli yanaşın, yoxsa, “o mənim üçün bitdi, REAL tükəndi”, kimi dayaz sözlərə nə ehtiyac var axı?! Bu günə qədər Erkinə “bitib” deyənlər hardadı, Erkin harda?! Bu günə qədər REAL-ı 10 dəfə basdıranlar hardadı, biz harda?! Bizi tarixin zibilliyinə göndərmək istəyənlər hardadı, biz indi hardayıq?!

Tənqid edin, lap yıxın-sürüyün, amma demokratik, liberal dəyərlərin ƏSASINI zədələməyin, başımıza senzor kəsilməyin – zatən bu avtoritar hakimiyyətin senzurası hamımıza bəs edər!
Siyasətçiləri zorla riyakar, populist, minsifətli olmağa sövq etməyin, bundan hamımız uduzacağıq!
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.