“Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı: "Böyük təhqirdir"

12-08-2020, 11:27           
“Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı: "Böyük təhqirdir"
Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə “Bandotdel”də insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılmışdı.

Polisə “işlədiyi” bildirilən Elnur Qasımovla əlaqə yaradaraq məsələnin təfərrüatını öyrənilib:
“Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur.Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb. Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”.Parla












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.