İDDİA: Azərbaycan referenduma gedir – Hökumətin dəyişikliklər paketinə nələr daxildir?

17-09-2020, 09:59           
İDDİA: Azərbaycan referenduma gedir – Hökumətin dəyişikliklər paketinə nələr daxildir?
Yaxın aylarda Azərbaycanda konstitusiya dəyişikliyi üçün referendum keçiriləcək. Ölkənin siyasi idarəçiliyi ilə bağlı mühüm islahatların yer alacağı dəyişikliklər paketi ilə bağlı müzakirələr yekunlaşdıqdan sonra səsvermənin tarixi açıqlanacaq. Bu barədə Gününsesi.info saytına məlumat daxil olub.

Mənbə bildirib ki, prezident üsul – idarəsindən parlamentar sistemə keçid dəyişikliklərin əsas qayəsini təşkil edir. Bundan əlavə seçki sisteminin dəyişdirilməsi, regional idarəçiliyə keçid də nəzərdə tutulur. Belə ki, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması və 11 region üzrə mərkəzi idarəçilik qurumlarının yaradılması ictimai müzakirəyə çıxarılacaq. İslahatların davamı ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun dəyişdirilməsi, yerli idarəçililərin səlahiyyətlərinin genişləndirilməsi də nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, siyasi sistemdə aparılan islahatlar, partiyaların dövlət qeydiyyatına alınması, hökumətlə onlar arasında qurulan dialoq, habelə parlament rəhbərliyində və komitələrdə onların nümayəndələrinə yer verilməsi bu prosesin başlanığıcıdır. Gələcədə bu partiyaların proporsional qaydada seçkilərə qatılması üçün heç bir hüquqi, siyasi əngəllər olmayacaq. Hətta bəzi siyasi təşkilatların hökumətin formalaşdırılmasında iştirakı da mümkün olacaq.

Mənbə onu da qeyd edib ki, hökumət bu layihəni xarici tərəfdaşları, o cümlədən beynəlxalq təşkilatlarla da müzakirə etməyə başlayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.