Rusiya KİV-ləri ermənilərin “fahişəsi” rolunda – Bu ölkədə ikihakimiyyətlilikdir?...

29-09-2020, 07:36           
Rusiya KİV-ləri ermənilərin “fahişəsi” rolunda –
Artıq iki gündür ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən genişmiqyaslı hərbi əməliyyatlar dünya KİV-nin diqqət mərkəzindədir. Dünya onu da yaxşı bilir ki, 30 ildən artıqdır, Ermənistan-Rusiya tandemi Azərbaycanın qədim tarixi ərazisi olan Qarabağı işğal altında saxlamaqdadır, bölgənin əhalisi isə məcburi köçkün halında ölkənin müxtəlif bölgələrinə sığınıb.

Bütün bunlar az imiş kimi, işğalçı Ermənistan ötən illər ərzində zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlar törədib, dinc əhalini atəşə tutmaqla, xalqmıza qarşı düşmənçilik siyasətini davam etdirib, müxtəlif üsullarla bölgədəki yolverilməz status-kvonu qoruyub saxlayıb, zaman-zaman dünya birliyinin üzünə ən müxtəlif və iyrənc yalanlar söyləyib. Otuz ildir davam edən bu prosesdə xristian dünyası işğalçının yanında olub, ona hərtərəfli hərbi-siyasi dəstək verib. Bu məsələdə Rusiyanın rolu isə xüsusi qeyd edilməlidir…

İşğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ötən gün baş verdi və düşmənin bu həyasızlığı Azəbaycanın səbr kasasını doldurmuş oldu, nəticədə Azərbaycan tərəf mülki əhalinin təhükəsizliyini təmin etmək və işğal altındakı torpaqlarını azad etmək məqsədilə, əks-hücum əmliyyatlarına start verdi - sonrası artıq bütün dünyaya bəllidir…

Nə yazıq ki, bunca bəlli həqiqtləri görməzliyə vuran Rusiya KİV-ləri cərəyan edən prosesləri birtərəfli, təhrif olunmuş, erməni maraqlarına köklənmiş forma və məzmunda «işıqlandırmağa» girişib. Rusiya mənbələrini izlədikcə elə təsəvvür yaranır ki, sanki onlar Ermənistanın «fahişəsidir»!

Belə bir «sürüşkən» vəziyyətin hökm sürdüyü vaxtda Rusiya Federasiyasının prezidenti «Rusiya qonşularının daxili siyasətinə qarışmır» deyir, Federasiya Şurasının sədri isə «bütün qlobal qüvvələri Qarabağ münanişəsinə qarışmamağa» səsləyir - elə təsəvvür yaranır ki, sanki Rusiyada ikihakimiyyətlilikdir, bir tərəfdə prezident və parlament sədri, o biri tərəfdə isə ermənipərəst qüvvələr (KİV-i) fəaliyyət göstərir. Amma bu, yalnız zahiri görüntüdür və pərdə arxasından Rusiyanın ikibaşlı siyasəti «bərq vurur».

Bu da fahişəliyin bir forması - bacardıqca yalan-palan uydur, dünyanın saqqızını oğurla və başını saxla.

Mirzə AĞ

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.