Nədən başqalarının münaqişədən uzaq durmasını tələb edəndə Rusiyanın deyil, Türkiyənin adını çəkirsən

30-09-2020, 00:01           
Nədən başqalarının münaqişədən uzaq durmasını tələb edəndə Rusiyanın deyil, Türkiyənin adını çəkirsən
Noyabrın 3-də ABŞ-da seçkilərdir. Bu ərəfədə Qarabağda baş verənlərə münasibətdə siyasi maraqlar demokratların lideri Joe Baydeni yenə də qeyri-obyektiv mövqe sərgiləməyə məcbur etdi.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu deyib.
Daha sonra Qubad İbadoğlu deyir, Türkiyəyə nifrətini burda da üzə çıxaran Joe Bayden deyib ki, "nə qədər ki, Dağlıq Qarabağda müharibə qurbanlarının sayı artmayıb, Tramp adminstrasiyası Azərbaycan və Ermənistan liderlərinə təcili çağırış edib, vəziyyətin gərginləşməsinin qarşısını almalıdır. O həmçinin başqalarından, Türkiyədən də tələb etməlidir ki, münaqişədən uzaq dursun".
Tramp özü isə keçirdiyi brifinqdə jurnalistin Qarabağ münaqişəsi ilə bağlı sualına bilirik baxacagıq deməklə bu məsələnin müzakirəsini qapatdı.
Trampa sözüm yoxdur, amma Bayden nədən başqalarının münaqişədən uzaq durmasını tələb edəndə Rusiyanın deyil, Türkiyənin adını çəkirsən, məgər bilmirsən ki, Rusiya bu münaqişəni yaradıb, körüklüyür və erməniləri silahlandırmaqla sönməyə də qoymur.
Mən ABŞ-da yaşayan azərbaycanlıları belə qorxaq və ədalətsiz mövqe sərgiləyərək ermənilərin dəyirmanına su tökən Baydenə səs verməməyə çağırıram.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.