Çeçenistan hökumətindən Azərbaycana dəstək gəldi - “Ədalət qalib gələcək!..”

1-10-2020, 08:59           
Çeçenistan hökumətindən Azərbaycana dəstək gəldi - “Ədalət qalib gələcək!..”
Çeçenistan Respublikasının Səhiyyə naziri Elxan Süleymanov işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan savaşla bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.

Moderator.az xəbər verir ki, Çeçenistan hökumətinin üzvü öz “İnstaqram” səhifəsində ölkəmizin haqq işini dəstəkləyən post yazıb.

“Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!” cümlələrini yazan nazirin postunu bəziləri istisna olmaqla əksər Çeçenistan və Rusiya sakinləri bəyənib.

Bir sıra çeçenlər öz şərhlərində 1990-cı illərdə Çeçenistanda Rusiya ilə ağır müharibə illərində

Azərbaycanın, Bakının çeçen qaçqınlara necə qayğı ilə qucaq açmasından bəhs edib.

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisindən, doğma ocaqların bir anda itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq. Bu, ümumi ağrımızdı və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan !!! " – Çeçenistan naziri belə yazıb.

Xatırladaq ki, Elxan Süleymanov azərbaycanlıdır.

Qısa arayış:

Elxan Abdulla oğlu Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir.

ATU-nu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini bitirdikdən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləməyə başlayıb.



28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib.

Sultan Laçın













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.