Britaniya kəşfiyyatı: "Rusiyadakı qismən səfərbərliyin uzun müddət effektiv olacağı mümkün deyil"

22-09-2022, 12:48           
Britaniya kəşfiyyatı:
"Rusiya ehtiyatda olan 300 min hərbçini orduya cəlb etməklə yeni birləşmələr yaratmağa çalışacaq, amma bunun uzun müddət effektiv olacağı mümkün deyil".

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

"Çox güman ki, Rusiya əhalisinin bir hissəsi Vladimir Putinin qismən səfərbərliklə bağlı qərarını bəyənmir. Kreml rəhbəri döyüş gücünü bərpa etmək naminə siyasi riski qəbul edir. Bu addım faktiki olaraq Rusiyanın Ukraynada döyüşmək istəyən könüllü ehtiyatının tükəndiyini etiraf etmək deməkdir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru