"İran bütün dünya müsəlmanları tərəfindən qınanmalıdır" - ŞEYX

25-03-2023, 21:37           
"İran bütün dünya müsəlmanları tərəfindən qınanmalıdır" - ŞEYX
“Bu gün İran dövlətinin siyasət qurbanına çevrilməsi, öz din qardaşı hesab etdiyi xalqın yox, xristianların yanında olması (hansı ki, o xristianlar Xocalıda yüzlərlə günahsız müsəlmanı işgəncələrlə qətlə yetirib) qəbuledilməzdir. Əgər bir İslam dövləti bir xristian dövlətinin yanındadırsa və bu müsəlmanların zəifləməsinə gətirib çıxarırsa, bu haram hesab olunur. Bu mənada İranın Azərbaycana qarşı atdığı bu addımlar düzgün deyil və biz hesab edirik ki, bu bütün dünya müsəlmanları tərəfindən qınanılmalıdır”.

Bu fikirləri Yenicag.az-ın yerli bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bildirib.
Şeyx qeyd edib ki, İranın İslam kodekslərindən kənara çıxaraq, müsəlmanların qanını tökmüş Ermənistanla yaxınlığı başadüşülən deyil:

“Buna görə də biz bu cür siyasətin qurbanı olan İran rejimini və oradaki siyasətçiləri qınayırıq. Azərbaycanın yolu haqq yoludur, Azərbaycanın dövlət başçısının yürütdüyü siyasət düzgün siyasətdir və inanırıq ki, müsbət nəticələr əldə edəcəyik. Ancaq mən təəssüf edirəm ki, bu gün özünü dünya müsəlmanlarının, müsəlman dövlətlərinin himayədarı hesab edən, dünyaya özünü bu cür təqdim edən İran müsəlmanların torpaqlarında qətliamlar törədən, məscidlərdə haram heyvanlar saxlayan ermənilərlə həmrəy olaraq bizə qarşı davranır”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.