Rektorla bağlı sensasion iddia: - Belə deyirlər...

20-05-2019, 11:01           
Rektorla bağlı sensasion iddia: - Belə deyirlər...
Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı daha bir qalmaqal yaranıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə bildirilir ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir “tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı “harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.

Bu haqda məlumat dünəndən sosial şəbəkələrdə yayılıb. Rektorun belə bir fikir səsləndirməsi kəskin tənqid olunub və elm adamı hesab olunan şəxsin dilindən bu ifadənin səslənməsi biabırçılıq kimi qiymətləndirilib.

Hələlik bununla bağlı rektordan və universitetdən hər hansı bir açıqlama yoxdur.

Xatırladaq ki, N. Əliyeva bir neçə dəfə bu kimi çıxışları və həmçinin Universitetdəki idarəçiliyi ilə medianın gündəminə gəlib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.