Süleyman Mikayılovun Bakıda "arxalı avtoş"ları - İLGİNC

16-10-2015, 21:19           
Süleyman Mikayılovun Bakıda "arxalı avtoş"ları - İLGİNC
Bir zamanlar ölkə mətbuatında informasiya yayılmışdı ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun ailə üuzvlərindən biri «Xalçaçılıq muzeyi»nin önündə qadağan edilmiş yerdə maşınını saxlamışdı. 90…777 markalı «Porshe» markalı avtomobilin fotoları uzun müddət xəbər portallarında yayıldı. Bu həmin zamanlar idi ki, ölkənin yerli mediası harın məmur balalarının Bakı küçələrində özbaşnalıqlar etdiyi, insanları əzib keçdiyindən yazırdı.

Bu gün Bakıda olan bütün bahalı avtomobillərin 777 ilə bitən nömrələri Süleyman Mikayılova və onun ailə üzvlərinə məxsusdur.

Və o zamanlar həqiqətəndə icra başçısının ailə üzvləri bahalı avtomobillərlə Bakı küçələrində nəinki qanunları kobud şəkildə pozurdular, əksinə hətta muzeylərin qapısının ağzında avtomobillərini park belə edirdilər. Və ortada olan bu qəbildən faktlar kifayət qədər ciddi idi.

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə deyir ki, Süleyman Mikayılovun yaxınlarına məxsus avtomobillər hələ də Bakıda yol polislərinə tabe olmadan şütüyürlər. Hələlik Mikayılovun ailə üzvlərinə «gözün üstə qaşın var» belə deyən yoxdur. Deyilənlərə görə, buna səbəb Qaradağın icra başçısı Bakıya mer gələcəyi barədə informasiyalar yaymasıdır. Bununla bağlı olaraq artıq yerli mətbuatda informasiyalar yayılıb. Görünür Süleyman Mikayılov da bu üsulla bir mərhələyə qədər özünü qorumaq istəyir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.