Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular - qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var

16-07-2019, 16:31           
Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular - qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var
“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin ləğv edilməsi hallarının sayı azalıb”.

Bunu “Report”un sualına cavab olaraq Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, iyulun 8-dən bu günə kimi nəticələri ləğv edilən namizədlərin sayı 5-dən artıq deyil: “İndiyə qədər 15 mindən artıq namizəd imtahan verib. Cəmi 5 nəfərin nəticələri ləğv edilib. Bu da çox yaxşı nəticədir”.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı namizəd imtahan qaydalarını pozarsa ona bir neçə dəfə xəbərdarlıq edilir: “Əgər bu xəbərdarlıqlar nəticə vermirsə, o zaman namizədin yeri başqa masaya dəyişdirilir ki, yanındakına narahatlıq törətməsin və köçürülmə halları olmasın. Adətən ən çox tətbiq edilən intizam tənbehi üsuludur. Ən son həll yolu namizədin imtahandan kənarlaşdırılmasıdır. Bu halların sayı da azdır”.

M.Camalzadənin sözlərinə görə, namizəd qulaqcıq vasitəsilə zala daxil olub və bu aşkar edilərək həmin fakt aktlaşdırılıb: “Bundan sonra namizəd imtahan prosesindən kənarlaşdırılaraq nəticəsi ləğv edilib. Beş faktdan biri bu idi. Yaxud qadağan olunan ədəbiyyat və texniki vasitələrdən gizli yollarla istifadəyə cəhd halları da qeydə alınıb. Təəssüf ki, elə hallara da rast gəlinir ki, imtahana gələn şəxs özünü başqa namizəd kimi təqdim edərək onun şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək istəyib. Onların heç biri imtahana buraxılmayıb. Müvafiq sənədləşmə işləri aparılıb və onlar geri qaytarılıb”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.