Şəhid atasının ürəkağrıdan durumu... - "Ürəyim istəyir ət alıb yeyəm, görürəm pulum çatmır"

16-11-2019, 15:51           
Şəhid atasının ürəkağrıdan durumu... - "Ürəyim istəyir ət alıb yeyəm, görürəm pulum çatmır"
Şamaxının Quşçu kəndində yaşayan Əzməmməd Əzməmmədov şəhid atasıdır. Oğlu Faiq Əzməmmədov 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə həlak olub.

DİA.AZ bildirir ki, bu evdə o, oğlu və nəvələri də daxil olmaqla 9 nəfər yaşayır. Ev 3 otaqlı olsa da, onun yalnız iki otağından istifadə edirlər. Çünki digəri yaşamaq üçün yararsız haldadır.

O, yaşa və şəhid ailəsi olduğuna görə ayda ümumi 500 manat pensiya alır. Amma bu, 9 nəfərlik külfəti saxlamağa bəs eləmir.

“Arada ürəyim ət istəyir, amma ala bilmirəm”- deyir Ə.Əzməmmədov.

O, ailəni dolandırmaq üçün həyətində təsərrüfat yaradıb. Deyir, məhsula elə qiymət qoyurlar ki, satanda sərf eləmir.

2007-ci ildə şəhid ailələri üçün tikilən binadan bir otaqlı mənzil də Əzməmmədovlar ailəsinə verilib. 2012-ci ildə yoldaşı xəstələnəndə evi satıb onun müalicəsinə xərcləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov təklif edir ki, şəhid atası nazirliyə müraciət etsin, məsələ araşdırılsın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru